Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə sənətşünaslıq üzrə elmlər doktoru, musiqişünas, dosent Leyla Zöhrabova konsertlə bağlı çıxış edərək dinləyiciləri məlumatlandırıb.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) solist - Respublika və beynəlxalq müsabiqələr laureatı Sənan Hacılı (tar) dinləyicilər qarşısında çıxış edib.
Proqramda C.Zülfüqarov "Çağırış" uvertürası, A.Dadaşov 16 nömrəli "Heydər" simfoniyası (əsər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub), D.Dadaşov tar və orkestr üçün konsert, S.Fərəcov "Türk rəqsi", C.Allahverdiyev "Tac-Mahal" baletindən fraqmentlər, Y. Xəlilov "Naxçıvan kapriççiosu" (əsər Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunub), V.Allahverdiyev "Aşıqsayağı", L.Cəfərova "Sumela" simfonik poeması və M.Umudovun "Simfonik rəqs" əsəri səslənib. Qeyd edək ki, konsertdə səslənən bütün əsərlər ilk dəfə ifa olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 25 Noyabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















