Icma.az
close
up
RU
Professor: Ulu Öndər Azərbaycan milli mətbuatını həmişə diqqət mərkəzində saxlayırdı

Professor: Ulu Öndər Azərbaycan milli mətbuatını həmişə diqqət mərkəzində saxlayırdı

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Böyük düha sahibi olan Heydər Əliyev çoxcəhətli ictimai-siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycan xalqının ədəbi-mədəni həyatı ilə bağlı mühüm problemlərə də xüsusi diqqət və qayğı ilə yanaşırdı. Ümummilli Lider 150 ilə yaxın böyük bir təkamül prosesi keçən Azərbaycan milli mətbuatını həmişə diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev respublikamıza rəhbər gələndən sonra Azərbaycan ədəbiyyatında, eyni zamanda, milli mətbuatında əsasən milli-estetik fikrin inkişafı əsas rol oynamağa başladı. Mətbuat nümayəndələrinin qarşısına müasir tarixi-tipoloji tədqiqat üsulunun elmi və nəzəri prinsiplərini işləmək vəzifəsi qoyuldu. Bu da onların qarşısında imkanlar açdı, o cümlədən tarixi və milli fərdiliyin müqayisəli-elmi kontekstdə, xalqın istəyi ilə qarşılıqlı ünsiyyət prosesində çalışmalarına şərait yaratdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd söyləyib. O bildirib ki, Ulu Öndər milli mətbuatımızın inkişafında, azad və sərbəst fəaliyyətində ana dilinin böyük əhəmiyyət kəsb etdiyini xüsusilə diqqət mərkəzində saxlayırdı. Buna görə də Heydər Əliyev bütün dövrlərdə ana dilimizə diqqət və məhəbbətlə yanaşıb. Hələ 1978-ci ildə sovet rejiminin hökm sürdüyü, totalitar ideologiyanın hegemonluğu dövründə Heydər Əliyevin təkidi ilə Azərbaycan Respublikasının Konstitusiyasına Azərbaycan dili dövlət dili kimi daxil edildi. O, ana dilinin taleyinə ana vətənin taleyi kimi baxırdı.

Ulu Öndərin heyrətamiz mənəvi irsində mətbuatın ayrıca bir yeri olduğunu vurğulayan alim qeyd edib ki, onun 40 illik məruzə və çıxışlarında, mediaya verdiyi müsahibələrində mətbuat haqqında olduqca yüksək fikirlər xüsusi yer tutur. Heydər Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, mətbuat da ədəbiyyat kimi xalqımıza böyük faydalar gətirir və gətirməkdədir. Heydər Əliyev, eyni zamanda, milli mətbuatımızın qarşısına xalqının zəkasını düşmənlərimizin uydurduğu təsəvvürlərin buxovundan xilas etməyi, ictimai həyatda onun mövqeyini təmin etməyi, vətəndaşlıq hüquqlarını başa salmağı başlıca məqsəd kimi qoymuşdu. Çünki maarifçiliyin əsasında milli şüurun dərki, tarixin tanınması, dini və milli dəyərlərin qorunması dururdu.

“XX əsrin sonunda Azərbaycanda baş verən siyasi sarsıntılar, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti, Moskvadakı sovet rəhbərlərinin Azərbaycana qarşı haqsızlıqları təbii ki, Azərbaycan ədəbiyyatının və mətbuatının da tənəzzülə uğraması ilə nəticələndi. Yazarların, şairlərin, jurnalistlərin sözünü eşidən olmadı, həqiqəti söyləyənləri susdurdular. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə hər şey kökündən dəyişdi. Heydər Əliyevin siyasi nüfuzu, beynəlxalq qanunları mükəmməl şəkildə bilməsi, cəsarəti bir sıra gizlədilmiş həqiqətləri üzə çıxardı. Bu da öz növbəsində mediaya müsbət təsirini göstərdi. Ədəbiyyata, mədəniyyətə, mətbuata azadlıq verildi. Daha həqiqəti söyləyənlər susdurulmurdu. Heydər Əliyevin gəlişi ilə Azərbaycan tam müstəqillik əldə etdi, necə deyərlər, özü öz ağası oldu. Bazar iqtisadiyyatının güclü bir sıçrayışla inkişafı mədəniyyət sahəsində də özünü göstərdi. Azərbaycan ədəbiyyatında və mətbuatında yeniliklər yarandı, tərəqqinin hər tərəfdən öz qapılarını Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, eyni zamanda, mətbuatının üzünə açması ilə əlaqədar ədəbi mühit sələflərin yaratdığı ənənələrə böyük hörmət və qayğı ilə yanaşdı. Eyni zamanda, uzun illərin təzyiq mühiti, sarsıntılar epoxasından sonra birdən-birə kəskin dəyişmələr, gözlənilməz dözümlər dövrünün ağuşuna düşmüş milli həyatın ilkin çarpışmaları, buxovsuz azadlıq eşqi, çaxnaşmalar, ziddiyyətlər Heydər Əliyevin qətiyyəti ilə tarixi-mədəni amillər kimi şərtləndi”, - deyə o əlavə edib.

Professor vurğulayıb ki, uzun illər gələcəyə ümidlə baxan milli mətbuat nümayəndələrimiz daim axtarışlar apararaq dövrün problemlərini, gərginliklərini, sıxıntılarını öz məqalələrində əks etdirməyə nail oldular. Onların yazıları yeni məzmun kəsb edərək məqam, fikir, başlanğıc, mənəvi-əxlaqi mövqe (meyar, dəyərləndirmə) kimi dəyərləri sərgiləməyə müvəffəq oldu. Mətbuat işçilərinin əksəriyyətinin yazıları publisist, epik məna siqləti ilə nəfəs almağa başladı. Onların yazıları hansısa mücərrəd estetik qəlib və ölçülərdə deyil, vətəndaş çılğınlığı, publisist deyimi, aktuallığı ilə özünü göstərməyə başladı. Onlar artıq öz yaradıcılıqlarını əxlaq normaları üstündə köklədilər və yaşadıqları dövr nə qədər təlatümlü, fırtınalı, qasırğalı, sarsıntılı olsa da, onların yaradıcılığının kökünü, qayəsini zəngin əxlaq təşkil etdi və bu genetik saflığın işığı ilə yazıb-yaratmağa başladılar.

Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad olması haqqında müddəanın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edildiyini deyən müsahibimiz xatırladıb ki, Azərbaycan hələ 1998-ci ildə MDB məkanında birinci olaraq senzuranı ləğv edib. 2000-ci ildə Mətbuat Nazirliyinin ləğv olunması medianın fəaliyyətində söz azadlığının təmin edilməsinə yönəlmiş çox mühüm addım idi. 2001-ci ildə qəbul edilmiş, beynəlxalq ekspertlərin fikrincə, çox demokratik və Avropa standartlarına müvafiq olan “Kütləvi informasiya vasitələri haqqında” Qanun medianın fəaliyyəti üçün qanunverici bazadır. 2005-ci ildə “İnformasiya azadlığı haqqında” qanun qəbul edilib. Azərbaycanda nəşr edilən materialların və yayımlanan verilişlərin məzmununa total nəzarət yoxdur. Bu sahədə plüralizmin bərqərar olmasına belə bir fakt da dəlalət edir ki, hazırda Azərbaycanda 30-dan çox gündəlik və yüzlərlə həftəlik qəzet buraxılır, respublika əhəmiyyətli 9 telekanal, 15-ə yaxın regional telekanal verilişlərini yayır, internetdən sərbəst istifadə edilir. Bütün bunlar müstəqil mətbuat modelinin əsas elementləridir.

Professor onu da qeyd edib ki, Azərbaycanda media subyektləri ilə dövlətin münasibətləri sintezləşdirilmiş model əsasında qurulur. Bu model dünyada ümumi qəbul edilmiş “dövlət-mətbuat” qarşılıqlı münasibətlərinin bir neçə modelinin elementlərini özündə cəmləşdirir: mətbuatın sosial məsuliyyət modeli, əsasən milli dövlət qurmaqda olan gənc müstəqil ölkələrdə tətbiq edilən “inkişaf modeli” və s.

Sosial məsuliyyət modeli medianın cəmiyyət qarşısında müəyyən öhdəliklərini nəzərdə tutur: yüksək peşəkar standartlara uyğunluq, informativlik, düzgünlük, dəqiqlik, obyektivlik. Bu model müəyyən mənada iki prinsipi birləşdirir: medianın azadlığı və cəmiyyət qarşısında borcu. Bu, dövlət ilə mətbuat arasında müstəqil ictimai təsisatlar vasitəsilə tənzimlənir. Azərbaycanda belə bir təsisat rolunda Mətbuat Şurası çıxış edir. Sosial məsuliyyət modelində mətbuata ictimai rəy, peşə etikası vasitəsilə nəzarət edilir. Bu baxımdan Azərbaycanda qəbul edilmiş Jurnalistin Etik Davranış Kodeksi mətbuat işçilərindən təkcə yüksək peşəkar vərdişlər deyil, həm də düzgünlük və qərəzsizlik tələb edir.

“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Prezident İlham Əliyev xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının güclənməsi üçün hər sahədə uğurlu siyasət yürüdür. Mirzə Cəlil irsi yenə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına uyğun olaraq Cəlil Məmmədquluzadənin “Əsərləri” dörd cilddə nəşr olunub. 2006-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanmasının 100, 2016-cı ildə 110 illiyinin, 2019-cu ildə C.Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi barədə Prezident Sərəncamı Ulu Öndərin böyük siyasətinin uğurlu davamıdır.

“Molla Nəsrəddin”lə bağlı nəşrlər bu gün də uğurla davam etdirilir. Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə Mətbuat tarixi və publisistika şöbəsində “Molla Nəsrəddin” ensiklopediyası” nəşrə hazırlanaraq çap olunub”, - deyə V.Əhməd fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri