Icma.az
close
up
RU
Prokuror hakim sevgilisini güllələdi

Prokuror hakim sevgilisini güllələdi

Icma.az, Modern.az saytına istinadən bildirir.

İstanbulun Kartal ərazisində yerləşən Bölgə Apellyasiya Məhkəməsində silahlı insident baş verib.

Modern.az xəbər verir ki, prokuror Məhəmməd Çağatay Kılıçaslan hakim Aslı Kahramana məhkəmə binasında silahla atəş açaraq onu yaralayıb.

Hadisə günorta saatlarında hakimin iş otağında baş verib. Məlumata görə, prokuror Kılıçaslan silahdan istifadə edərək hakimi ayağından yaralayıb. Hücum zamanı Maltepe Açıq Cəza İcra Müəssisəsində cəza çəkən və məhkəmədə çayçı kimi fəaliyyət göstərən Yakup Karadağ prokurorun ikinci dəfə atəş açmasının qarşısını alaraq daha ağır nəticələrin baş verməsinə imkan verməyib.

Məlumata əsasən, yaralanan hakimə dərhal tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra prokuror Məhəmməd Çağatay Kılıçaslan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

NTV-nin xəbərinə görə, prokurorla hakim arasında keçmişdə sevgi münasibəti olub. Bildirilir ki, münasibətlərin bitməsini Kılıçaslan qəbul etməyib və insident bu zəmində baş verib.

Hazırda məhkəmə binasında hadisə yerinə baxış keçirilir, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisənin təfərrüatları araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see408

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see265

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see219

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see215

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see201

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see196

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see182

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see182

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see179

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see171

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see171

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see166

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see164

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see164

Bir ay yuyulmadan geyinilə bilən futbolka hazırlandı

07 Avqust 2026 04:56see161

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see158

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see154

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see154

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see154

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri