Icma.az
close
up
RU
Prokuror kapitan üçün yüngül cəzaya etiraz etdi Gözlənilməz qərar çıxdı

Prokuror kapitan üçün yüngül cəzaya etiraz etdi Gözlənilməz qərar çıxdı

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Dövlətdən 14 ay əsassız kirayəpulu aldığı üçün güzəştli şərtlərlə min manat cərimələnən kapitanın cəzası ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

Sözügedən kapitan İlham Elyasovdur. İ.Elyasov hərbi məktəbdə müəllim işləyib. İttihama görə, o, 14 ay atasının evində qala-qala kirayədə yaşağıdını bildirib. Bu müddətdə dövlətdən 3 min 765 manat pul alıb.

Kapitana qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilsə də, Bakı Hərbi Məhkəməsi onun əməlini eyni maddənin daha yüngül bəndinə tövsif edib.

İ.Elyasov həmin maddə ilə 1000 manat cərimə cəzasına məhkum edilib.

Amma prokuror verilmiş cəzadan razı qalmayıb. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza həddən artıq yüngüldür. Bu da cinayət qanununun ədalət prinsipinə ziddir. 

Kapitan isə dövlətə dəymiş ziyanı tam ödəsə belə, bəraət almaq üçün apellyasiya şikayəti verib.

Protest və şikayət yuxarı instansiyada hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılıb.

Hakimlər iş materialları ilə tanış olduqdan sonra İ.Elyasovun təqsirli bilindiyi maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin (böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz-red)  keçdiyini müəyyən ediblər. Belə olan halda nə prokurorun, nə də təqsirləndirilən şəxsin tələbi qəbul edilib.

Qərara əsasən, kapitan Elyasovun min manat cərimə cəzası ləğv edilib, cəzadan azad olunub.

Kapitanın vəkili Nicat Vəliyev qərardan bəraət tələbi ilə kassasiya şikayəti verəcəklərini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri