Icma.az
close
up
RU
Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb

Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinin nəticələri açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na uyğun olaraq cari ildə prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub.

Yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 70 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).

Namizədlər tibbi müayinədən keçmək üçün 4 dekabr 2024-cü il tarixdən 6 dekabr 2024-cü il tarixədək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).

Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see142

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see139

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see137

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see126

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see125

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see121

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see119

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see118

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see118

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see118

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see118

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see115

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri