Icma.az
close
up
RU
Prokurorluq nümayəndələri konfransda Fotolar

Prokurorluq nümayəndələri konfransda Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 20-ci ildönümünə həsr olunmuş İllik Konfransında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, cari il 25-26 noyabr tarixlərində Mərakeş Krallığında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş İllik Konfrans və təlim seminarı keçirilib. Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Rayonunun Korrupsiyaya qarşı Müstəqil Komissiyası (ICAC) və Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qlobal antikorrupsiya ictimaiyyətinin rəhbər şəxsləri, praktiki mütəxəssisləri və ekspertləri bir araya gəliblər.

Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, Bəhruz Əhmədov, Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini, Qasım Məmmədov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümmətov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynovdan ibarət nümayəndə heyəti təmsil ediblər.

Tədbir zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Bazel İdarəetmə İnstitutu, Beynəlxalq Antikorrupsiya Akademiyası və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən korrupsiyaya qarşı mübarizənin aktual çağırışları müzakirə edilmişdir. Panel sessiyalarında rəqəmsal həllərin və süni intellektin tətbiqi, ekoloji cinayətlərə və təbii resurslardan qanunsuz istifadəyə qarşı mübarizə, həmçinin antikorrupsiya mexanizmlərinin effektivliyinin təhlili üzrə qabaqcıl beynəlxalq təcrübə paylaşılıblar.

Tədbirin ikinci günündə nümayəndə heyətimiz “Korrupsiyaya qarşı mübarizədə süni intellektdən istifadə” mövzusunda müzakirələrə qatılıb. 

Məruzələrdə transsərhəd korrupsiya hüquqpozmaları ilə mübarizədə rəqəmsal transformasiyanın əhəmiyyəti, süni intellekt əsaslı həllərin tətbiqi strategiyaları və qabaqcıl beynəlxalq təcrübənin milli səviyyədə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində, həmçinin, Hərbi prokuror Bəhruz Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Baş prokuroru Hicham El Blaoui və Krallığın Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) prezidenti Məhəmməd Benalilu ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı antikorrupsiya, hüquq-mühafizə sahəsində qarşılıqlı maraq doğuran ümumi məsələlər və süni intellektin tətbiqi imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, qurumlar arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək inkişaf perspektivləri müzakirə olunub.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri