Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı 99 KO 880 VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, 99-KO-880 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü hərəkətdə olan motosikleti sıxışdırıb. Sürücü sağ zolaqda hərəkət edən motosikletçiyə üstünlük vermədən qəfil sağa manevr edib və təhlükəli vəziyyət yaradıb.
Xoşbəxtlikdən, motosikletçi ehtiyatlı davranaraq vaxtında siqnal verib və baş verəcək qəzanın qarşısını alıb.
Qeyd edək ki, zolaq dəyişərkən digər hərəkət iştirakçılarına yol vermək yol hərəkəti qaydalarının əsas tələblərindəndir. Xüsusilə motosikletlər kimi daha az görünən nəqliyyat vasitələrinə qarşı diqqətsizlik ağır nəticələrə səbəb ola bilər. Sürücülər manevr etməzdən əvvəl ətrafı diqqətlə yoxlamalı və yol təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdırlar.
Nərmin
Oxunub 170
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 19 Yanvar 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















