Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Provayderlərin müştərilərə xəbər vermədən qiymət artırması qanunidirmi? RƏSMİ AÇIQLAMA

Provayderlərin müştərilərə xəbər vermədən qiymət artırması qanunidirmi? RƏSMİ AÇIQLAMA

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə provayderlərin xidmət keyfiyyətində müəyyən dəyişikliklər müşahidə olunur. İnternet sürətinin artması, yeni texnologiyaların tətbiqi və müştəri xidmətlərinin inkişafı kimi müsbət irəliləyişlər olsa da bəzi hallarda bağlantı problemləri, xidmət fasilələri və tariflərin bahalaşması kimi mənfi tendensiyalar da qeydə alınır.

Avtosfer.az xəbər verir ki, xidmətlərin bahalaşdırılmasına gəldikdə, provayderlər adətən müqavilə şərtlərinə uyğun hərəkət etməlidirlər. Bir çox ölkələrdə müştərilərə xəbərdarlıq etmədən qiymətləri artırmaq qanunsuz sayılır və şirkətlər mütləq öncədən bildiriş göndərməlidirlər. Lakin bəzi hallarda müqavilələrdə xüsusi bəndlər yer ala bilər ki, bu da provayderə müəyyən hallarda qiymətləri birtərəfli qaydada dəyişmək hüququ verə bilər.

Müştərilərin hüquqları bu kimi hallarda necə qorunmalıdır və provayderlərin qiymət artımı siyasəti nə dərəcədə ədalətlidir?

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan  sorğumuza cavab olaraq bildirildi ki, istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə görə, icraçı göstərilən xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi istehlakçının lazımi xassələrə malik olmayan xidməti almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır:


“İnternet provayderləri xidmətləri abunəçilərlə bağlanmış müqavilələr əsasında həyata keçirir. Müqavilələrdə icraçının birtərəfli qaydada dəyişiklik etməsi mümkün olduğu halda, bu barədə istehlakçı əvvəlcədən məlumatlandırılmalıdır. Eyni zamanda, istehlakçının razılığı və müqaviləyə edilmiş dəyişikliklə bağlı atacağı addımlar da sənəddə öz əksini tapmalıdır.

Həmçinin bildirilib ki, telekommunikasiya xidmətlərinin göstərilməsinə dair provayderlər tərəfindən tətbiq edilən müqavilələrin nümunəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzarət edir. "Telekommunikasiya haqqında" qanuna əsasən, provayderlər tarifləri və ödəmə qaydalarını müstəqil müəyyən edə bilər. Bununla belə, provayderlər istehlakçı hüquqlarını qorumaq və müqavilə şərtlərinə əməl etmək öhdəliyini daşıyır”.

Qurumdan verilən əlavə məlumata görə, internet xidmətləri bazarında qiymət artımı ilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması ehtimalı üzrə araşdırmalar davam edir: 

“İstehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşan şəxslər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi, elektron poçt və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”.

İKT üzrə ekspert Elvin Abbasov Avtosfer.az-a açıqlamsında bildirib ki, qanunvericiliyə əsasən, internet provayderləri xidmət tariflərini vətəndaşlara ən azı bir ay əvvəlcədən məlumat vermədən artıra bilməzlər: 

“Bir neçə ay əvvəl yeni tarif tənzimləmələri ictimai resurslar, provayderlərin rəsmi platformaları və qanunvericiliyə uyğun olaraq elan edilib.

Azərbaycanda provayderlərin tarif tənzimlənməsi qanunvericiliyə uyğun həyata keçirilir və müştərilərə müvafiq kanallarla məlumat verilməsi təmin olunmalıdır. Ölkədə internet infrastrukturuna nəzarət edən qurum İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyidir (İKTA).

İKTA internet provayderlərinin fəaliyyətinə nəzarət edərək bu sahədə inkişaf proseslərinə töhfə verir. Müxtəlif resurslar vasitəsilə vətəndaşlardan bilidiriş toplayan qurum, qiymət tənzimlənməsindən sonra ümumi şikayətlərin azaldığını və beynəlxalq arenada internet keyfiyyətində artım müşahidə olunur”.

Ekspert əlavə olaraq bildirib ki, əsas problemlərdən biri provayderlərin xidmət avadanlıqlarının müasir standartlara tam uyğun olmamasıdır:

“Bu, bəzi hallarda vətəndaşlar üçün internet xidmətlərinin əlçatanlığını məhdudlaşdıra bilər. Buna görə də aidiyyəti qurumlar provayderlər qarşısında yeni öhdəliklər qoymalıdır. Xidmət keyfiyyətinin artırılması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir.

Hazırkı vəziyyət qənaətbəxş hesab edilsə də şikayətlərin sayında əhəmiyyətli azalma müşahidə olunur. 2024-cü ildə internet infrastrukturuna qoyulan investisiyalar özünü doğruldub və artıq ucqar rayonlarda da sürətli internet xidməti təmin edilib”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see304

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see209

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see188

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see184

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see174

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see172

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see171

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see155

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see152

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see152

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see148

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see140

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see139

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see138

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri