Icma.az
close
up
RU
PSEVDO YANĞIN Eldəniz Quliyev yazır

PSEVDO YANĞIN Eldəniz Quliyev yazır

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlar nələr gördük, nələr eşitdik!..
İtin öz yiyəsini tanımadığı ölkə də ayrı bir aləm imiş... Yəni bu gün it də, onun sahibi də mövcud vəziyyətdən məmnundurlar: it özbaşınalığından, sahibi isə öz başını saxlamaq hayında olduğundan...
***
Bir müddət əvvəl Cəfər Cabbarlı  adına "Azərbaycanfilm" kinostudiyasının pirotexniki avadanlıqlar anbarında partlayış, ardınca da yanğın baş verdi...
Konsprologiyanı-filanı bir yana qoyuram, üstəlik dəqiq sübutu olmayan hər hansı məsələ haqqında nə isə yanlış iddiada bulunub da, imanımı yandıra bilmərəm. Amma bu müthiş hadisə təsadüfdən daha çox qəsdən törədilmiş cinayət əməlinə oxşadı. Niyə? Çünki - "başına gələn başmaqçı olar",- dəfələrlə bu sayaq psevdo-yanğınların - kimlərinsə tamahı ucbatından yaşıllıq zonalarında "ağac soyqırımı" həyata keçirilməsinin, şəhərin gözəgəlimli yerlərində köhnə yaşayış evlərinin sakinlərin başına ucürulmasının, tarixi əhəmiyyət daşıyan binaların sökülüb, yerində əndirabadi göydələnlər tikilməsinin və sair və ilaxır bu kimi nəfsanə əməllərin canlı şahidi olmuşuq...
Bu sırada, şəhərin ən gözəl yerlərinin birində yerləşən kinostudiya da istisna deyil. "Azərbaycanfilm" çoxdan və çoxları üçün ağız sulandıran yağlı tikəyə çevrilib... Yaşıllığa bürünmüş böyük ərazisi, cazibədar arxitekturası, ətrafının gedişli-gəlişli, qələbəlik olması və s. - "yağlı məkan!", "rahat-hulqum!"
Bu ərazidə neçə-neçə restoran, kafe, bar, şadlıq sarayı, çeşidli ticarət obyektləri, saunalar, gecə klubları, massajxanalar, çayxanalar və digər-digər "xanalar" qurub-quraşdırıb işlətmək olar?! "Əsil xəzinə - qaz vur, qazan doldur!" 

Reallıq budur ki, bu gün " bərkgedən" işbazların belə obyektə "göz qoyması", az qala normal sayılır. Və nə yazıq ki, çoxları bu reallığın acısını hiss etmir, ya hiss etmək istəmir.


Müəmmalı yanğın hadisəsinin təsadüf, yaxud, əksinə, qurama oyun olması isə bir çox haqlı suallar doğurur. Bu xüsusda, məşhur bir məsəl xatırlatmaq yerinə düşür: "Həyat elə bir oyundur ki, onun qaydalarını oyunun sonuna yaxın yaxşı öyrənirsən. Onda da çox gec olur". 
Dövlətin yeganə kinosdudiyası olan "Azərbaycanfilm" bu gün atəş nöqtəsindədi və təəssüf ki, cavab atəşi ilə qarşı tərəfi susdurmaq iqtidarında deyil... Bu gün bunu dərk etməsək, sabah gec olacaq, çox gec!..

 ...Təpəgöz içtahalı oyunçuların mövcudluğu barədə zaman-zaman xəbərlər dolaşmaqdaydı və bu xəbərlər təəssüf, təlaş, hətta qorxu hiss doğururdu. Bununla yanaşı, taleyinə "KİNO" yazılmış incəsənət xadimləri ölkə başçısının, qanunvericiliyin, o cümlədən Mədəniyyət Nazirliyinin  "Azərbaycanfilm"-i vandal hücumlardan qoruyacağını zənn edirdilər (və bu ümid hələ də ölməyib). Hərçənd, məlum hadisədən sonra çoxlarına məlum oldu ki, Mədəniyyət Nazirliyinin heç eyninə də deyil, belə bir sənət ocağı var, ya yox. Açığı, MN bu məsələyə münasibətdə özünü elə əvvəllər də biganə, dişsiz, daha doğrusu, "dişsiz ağızın marçıltısı" kimi aparırdı. Səlahiyyət sahibləri və səlahiyyətli qurumların əksəriyyəti (eləcə də, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Kino Agentliyi), qorxudanmı, mənfəətpərəst maraqlardanmı, yaltaqlıqdanmı (?!)  başlarını tısbağa kimi qınlarına çəkiblər. Və heç ağllarının ucundan belə keçirmrlər ki, axı, "Azərbaycanfilm" kinostudiyası ölkə tatixinin, mədəniyyətinin salnaməsi, milli-mənəvi dəyərlərin, ictimai şüur və ləyaqətin istinad sütunlarından biridir. Və O 100 ildən artıqdır ki, məbədə aparan YOLUN şərəfli yolçusu, ən əsası isə, - əsl SƏNƏT OCAĞI olub. Bu məkanda, bu OCAQDA neçə-neçə kinodramaturqlar neçə-neçə ssenarilər yazıb, neçə-neçə istedadlı bəstəkarlar, rəssamlar öz bənzərsiz, qürur duyulası sənət nümunələrini yaradıb, görkəmli, xalqın əfsanə saydığı rejissorlar neçə-neçə kino-filmlər çəkib... Bütün bunları unutmaq, bütün bunların üzərindən çalın-çarpaz xətt çəkmək, bütün bunları görməzdən gəlmək olarmı, həzarat?! Günah deyilmi?..

Təəssüflər ki, deyəsən, bu dəfə "ssenarini" yazan ssenaristlər də, "filmi" çəkən rejissorlar da tamam özgə bir "sənətin" peşəkarlarıdır  - yumurtadan yun qırxmaq peşəsinin!..

Şəxsən mənə görə, bu gün bizlər  "Azərbaycanfilm"-i göz-bəbəyimiz təki qorumalıyıq, buna, sadəcə, alternativ yoxdur, "Azərbaycanfilm"-in yandırılması cəhdi, eynən, Azərbaycan tarixinin çox dəyərli bir parçasının yanıb-yaxılması deməkdir!..
Hamıya aydın olsun deyə təkrar edirəm: əgər o müdhiş yanğın-partlayış hadisəsi qəsdən, yəni kimlərinsə merkantil maraqları səbəbindən baş veribsə, deməli, xalqın tanıdığı, sevdiyi, özünə kumir saydığı (və səd heyif ki, bu gün həyatda olmayan) neçə-neçə böyük sənətkarın - aktyorların, rejissorların, ssenarist, bəstəkar, rəssamların nigaran ruhları hazırda əzab-istirab içində qovrula-qovrula, qıvrıla-qıvrla qalıb...

Eldəniz QULİYEV

P.S. "Oldu... yaşadı... öldü..."- bizlər taleyin bu üçcə kəlməsini "yazana" qədər necə-neçə məşəqqətlər, əzab-əziyyətlər görür, nə qədər səhvlər edir, nə qədər pis əməllərin şahidi oluruq, Allah!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri