Icma.az
close
up
RU
Psixoloq: 14 fevral sevgililər günündən çox gözlənti gününə bənzəyir

Psixoloq: 14 fevral sevgililər günündən çox gözlənti gününə bənzəyir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Müasir dünyada isə sevgi anlayışı maddiyyat üzərinə köçürüldüyündən, fədakarlıq, mənəvi dəyərlər üzərindən qurulmuş münasibətlər geri qalmışlıq, köhnə düşüncəli kimi qəbul olunur


14 fevral, dünyada ən çox tanınan bayramlardan biri olan Sevgililər Günü’dür. Bu gün sevgi və dostluğun qeyd olunduğu bir gündür. Hər il fevralın 14-də, insanlar bir-birilərinə hədiyyələr verir, sevgi sözləri deyir və münasibətlərini qeyd edirlər. Bu bayram həmçinin Roma keşişi San Valentinə aid edilir, o, sevgililər və nişanlılar üçün gizli nikah mərasimləri təşkil etdiyi üçün müqəddəs sayılmışdır. Bəs indiki dövrdə sevgi qalıbmı? 


Sualımızı cavablandıran Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, 14 fevral sevgililər günündən çox gözlənti gününə bənzəyir:

“Xüsusən də qadınların diqqət, hədiyyə gözləntisi kişilərə nisbətən daha yüksək olur ki, bu da bir növ 8 mart beynəlxalq qadınlar gününü xatırladır. Sevgi həmişə var. Sadəcə zaman içində sevgiyə köçürülən mənalar, sevgi qavramı dəyişikliyə məruz qalıb. Qədimdə sevginin simvolu fədakarlıq, özünü qurban vermək idi. Bunu Şekspirin  iki sevgiliyə həsr həsr etdiyi “Romeo və Cuyetta”, yaxud Ənvər Məmmədxanlının ananın övladına olan sevgisini təcəssüm etdirdiyi “ Buz heykəl “ əsərlərində də  görmək olur. Sonralar sevgi mənəvi dəyərlər üzərinə köçürüldü. Ulduz, Bir qalanın sirri və sairə kimi filmlərdən də, sevən cütlükləri buna misal çəkmək olar. Müasir dünyada isə sevgi anlayışı maddiyyat üzərinə köçürüldüyündən, fədakarlıq, mənəvi dəyərlər üzərindən qurulmuş münasibətlər geri qalmışlıq, köhnə düşüncəli kimi qəbul olunur. Kim hansı milyonçu ilə evlənir, toyu və ya bal ayı harada qeyd olunur kimi, adları tez unudulan obrazlar “sevgi“nin bü günki mənasını nümayiş elətdirirlər. Kim nə qədər bahalı hədiyyə alırsa, o daha çox sevilir anlayışı çoxluq təşkil edir.  Sevgi ən əsas mənəviyyat tələb edən, təmənna güdmədən var oluş üçün yaşanılan və yaradanın insanlıq üçün ən böyük hədiyyəsidir.  Mənəvi cəhətdən  zəngin olan insanlar, ildə bir dəfə deyil, münasibətlərdə həmişə özəl davranışa sahib olurlar. Əfsuslar ki, onların sayı azdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri