Icma.az
close
up
RU
Psixoloq: İnsanlar evlilikdən qaçmırlar, evlilik anlayışı və ona yanaşma tərzi dəyişir

Psixoloq: İnsanlar evlilikdən qaçmırlar, evlilik anlayışı və ona yanaşma tərzi dəyişir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

 Gələcək təminatsızlığı nikah qərarını təxirə salmağa və ya ümumiyyətlə ondan çəkinməyə səbəb olur


Azərbaycanda ötən il qeydə alınan nikahların və boşanmaların sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır


Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, son illərdə nikahların sayında azalma bir neçə əsas psixoloji və sosial faktorla izah edilə bilər:


“İnsanlar ailə qurmağa qərar verərkən daha çox maddi və sosial stabilliyi nəzərə alırlar. İqtisadi çətinliklər, işsizlik və yaşayış xərclərinin artması gəncləri evlənməkdən çəkindirir. Gələcək təminatsızlığı nikah qərarını təxirə salmağa və ya ümumiyyətlə ondan çəkinməyə səbəb olur. Müasir dövrdə insanlar şəxsi inkişaf, təhsil və karyera qurmağa daha çox önəm verirlər. Xüsusilə gənclər evliliyi müəyyən yaş dövründən sonra düşünməyə meyillidirlər. Onlar üçün şəxsi uğurlar, müstəqillik və öz həyatlarını idarə etmək daha ön planda olur. Əvvəllər ailə qurmaq cəmiyyətin təbii bir norması kimi qəbul olunurdusa, indi bu anlayış dəyişməkdədir. Müasir cəmiyyətdə evlilik artıq məcburi bir institut kimi görülmür və insanlar daha çox münasibətlərin keyfiyyətinə və emosional uyğunluğa önəm verirlər. Uzunmüddətli münasibətləri evlilik aktına bağlamaq artıq əsas prioritet sayılmır. Boşanmaların çoxalması gənclərdə evliliyin dayanıqlı olub-olmaması barədə şübhələr yaradır. Onlar uğursuz evlilik yaşamaqdan, münasibətlərin zamanla pisləşməsindən qorxurlar. Bu qorxu insanları daha ehtiyatlı olmağa və evlilik qərarını təxirə salmağa vadar edir. Digər tərəfdən müasir texnologiyalar, sosial media və tanışlıq platformaları insanlara daha çox seçim imkanı yaradır. Seçimlərin çox olması isə insanlarda qərarsızlıq yaradır və onların stabil münasibət qurmasına mane ola bilər. Bu faktorların hər biri cəmiyyətdə nikahların azalmasına təsir göstərir. İnsanlar evlilikdən qaçmırlar, sadəcə evlilik anlayışı və ona yanaşma tərzi dəyişir. Onlar daha çox özlərini tanımaq, münasibətləri dəyərləndirmək və doğru qərar vermək istəyirlər. Bu isə evlilik yaşının yüksəlməsinə və nikah sayının azalmasına səbəb olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri