Icma.az
close
up
RU
Sosiallaşmayan insanlar və psixoloq tələsi ANALİZ

Sosiallaşmayan insanlar və psixoloq tələsi ANALİZ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda ən gəlirli sahələrdən biri psoxologiya, digəri də kosmetologiyadır. İkisinə də tələbat durmadan artır. Psixoloqlara olan tələbat məsələsi insanlarda sosial ünsiyyət imkanları minimuma düşdükcə psixoloqların bazarı çiçəklənir. Daha aydın desək, insanlar daha əvvəlki kimi dostu, qohumu, ailəsi ilə dərdləşmək, söhbətləşmək istəmir, ünsiyyəti minimuma endirir və nəticədə depressiv vəziyyəti ilə psixoloqlardan mədət umur. Hər addımbaşı boy göstərən “uzman” psixoloqlar da bu vaxt yada düşür.

“Uzman” sözü Azərbaycan dilindəki ekspert sözünün türkçəsidir. Tibb fakültəsini bitirən hər kəs həkimdir, lakin konkret sahə seçəcəksə bu sahənin həkimi, müasir dillə desək, uzmanı olmaq istəyirsə 3-4 il həmin sahədə asissentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftalmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni, qısası, “uzman həkim” deyilirsə, o işinin öhdəsindən gələ bilən, öz sahəsinin eksperti olan həkimlərə deyilir.

Qəribə burasıdır ki, əvvəllər bu sahədə baş ağardan, ömrünü peşəsinə həsr eləyən həkimlər yalnız uzun illərdən sonra özünü öz sahəsinin eksperti hesab edirdi. Daha doğrusu, onu cəmiyyət, tibb aləmi ekspert hesab edirdi, o özünü belə adlandırmırdı. Amma indi ali məktəbi yenicə qurtarmış, qonşu Türkiyədə bir iki kurs təlimatı oxuyub lovğa-lovğa ölkəmizə qayıdan bütün gənc həkimlər özünü “uzman” adlandırır. Qısası, indi “uzman”lar əsl həkimlərdən çoxdur.

Psixoloq qapısında növbə gözləyənlərin sayı hər gün artır. Əslində, bu vəziyyətə aram-aram, zamanla gəlib çıxdıq. Üz-üzə görüşlər əvvəlcə yerini telefonlara verdi. Tədricən telefon zənglərinin yerini facebook, tvetter, kontakt və daha hansılar tutdu. İndi hamı əlaqə üçün qarşıdakına "WatshApp”ını yaz, danışaq" deyir. Beləcə, hamımızın asılı olduğumuz virtual həyat sizcə də yalnızlığımızın əsasını qoymadı? Həyatımızı virtual müstəvidə yaşamağa başlayandan sosial yalnızlığımız da artıb. Virtual dünyanın ünsiyyət qatilinə çevrilməsi bizim sosial çevrəmiz üçün də təhlükədir. Ətrafımızda canlı söhbət edə bildiyimiz, dərdləşəcəyimiz, sevincimizi bölüşəcəyimiz adam qalmadığının fərqindəsinizmi? Bütün dostlarımız virtual platformadadır, tanışlarımızla orada söhbətləşirik, səs atırıq, səs alırıq, görüntülü danışırıq, şəkil, mesaj, paylaşım… Axırı necə olur? Psixoloqlara gəlir yeri yaranır...

Ünsiyyətsizlik insanları psixoloq axtarışına vadar edir. Təxminən 20 ildir sosial, ailə, cəmiyyət problemlərindən yazıram, bu günədək psixoloji yardım almış minlərlə insanla ünsiyyətim olub, hələ bir insan deməyib ki psixoloqdan aldığım seanslar köməyimə yetdi. Əksinə, psixoloq, yanına gəlmiş pasiyentinə bəsit suallar verməklə yetinir, “get filan kitabı oxu”, “dostlarınla dərdləş” kimi məsləhətlər verir, göstərmədiyi xidmət müqabilində isə çox baha ödəniş tələb edir.

Efirlərə dəvət edilən tanınmış psixoloqlar da həmçinin. Bəzəkli cümlələrlə reklam olunurlar, filosofların sözlərini əzbərləyib efirdə deyirlər və beləcə sadə camaatın gözündə özlərini işlərinin ustası kimi tanıdırlar. Son ümid kimi yanına gedən insanların ümidini doğrultmurlar. Necə doğrultsunlar? Türkiyədə kurs keçib bir sertifikat almaqla? Son bir neçə ilin dəbidir axı, işində uğuru olan-olmayan, peşəkar olan-olmayan bir çox həkim qonşu Türkiyədə bəzən bir neçə aylıq, əksər hallarda isə 2 həftəlik seminar-kurslar keçdikdən sonra ölkəmizə qayıdanda adının qarşısına “uzman” sözünü də artırır. Vəssalam. Oldu peşəkar. 25 yaşı var, nə vaxt oldu peşəkar?

Ailə süfrələrində, dost məclislərində ruhən qidalandığımız anları xatırlayın. Üzbəüz ünsiyyət, canlı söhbət, real münasibətdən sonra rahatlamış, dincəlmiş hiss edir insan. O zaman ehtiyac duyulurdu psixoloqa? Həm ruhən, həm mənən sakit həyatımız vardı. Qaçhaqaç, qovhaqov deyildi heç nə. 24 saat necə uzun idi, hər şeyi sığışdıra bilirdik içinə. Bir də indiki vəziyyətimizə baxın, 24 saat bizə yetmir, hər işimiz yarımçıq qalır, yeriməyi, dincəlməyi, gəzintiyə çıxmağı unutmuşuq. İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq, qohumluq əlaqələri də müstəvi dəyişdi. Real həyatdakı münasibətlərimiz indi bir-bir sosial platformalara keçdi. Başqa sözlə desək, sosiallaşmaq da zamanla rəqəmsallaşdı. Otaqdan otağa keçməyə ərinən, ailə üzvlərinə sözünü votsapla deyən insanlara çevrildik. Bizim özümüzə etdiyimiz bu pislik psixoloqların bazarını çiçəkləndirdi. Depressiv, çökmüş insanların getdiyi ünvan oldu psixoloqlar.

Onlar da bundan istifadə etdi. Peşəkar psixoloqlar qaldı öz otaqlarında, həqiqi işlərini gördülər. Əvəzində saxta “uzmancıq”lar ayaq açdı efirlərə. Xatırlayın, Ağabəy Sultanov danışanda necə dinləyirdik nəfəs almadan? Kişinin ağzından dürr tökülürdü sanki. Amma indi... Televiziya proqramları psixoloqlarını yarışdırır, “uzman filankəslər” bu efirdən çıxıb o biri efirə girirlər, dediklərinin də bir qəpiklik dəyəri yox. Qazanclarından reklam büdcəsi ayırmaqla daha çox qazanc əldə edirlər. Məsələn, indi məşhur gündüz verilişlərində 1 dəfə ekspert kimi oturmağa bu psixoloqlar 1500-2000 manat pul verirlər. 1 ay ekspertlik etmək üçün 15-20 min manat telekanala pul ödəyən psixoloqlar var. Sual yaranır, bu psixoloq pasiyentlərindən nə qədər gəlir əldə edir ki, televiziyaya çıxa bilmək üçün 20 min manat ödəmək imkanı yaranır? Cavab sadədir, psixoloqun ən az 2 qatı dəyərində qazancı olmasa bu qədər reklama pul ayırmaz.

Çıxış yolu nədədir? Zənnimcə, çox sadə yolu var. Azərbaycan tarixən ənənəvi olaraq sosial həyatında ailə dəyərlərinə, qohumluq münasibətlərinə, onlarla ünsiyyətə önəm verən cəmiyyət kimi tanınıb. İnsan ruhunun ən yaxşı həkimi yaxın çevrəsi, doğmaları ilə olan ünsiyyətidir. Sosiallaşmanı həyatınıza yenidən bərpa edin, qonaq gedin, qonaq qəbul edin. Ənənəvi yaşayış üsuluna meyil etməklə stresdən, xaosdan uzaq durmaq mümkündür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri