Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib
Icma.az bildirir, 525.az portalına istinadən.
Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib.
525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Y.Məmmədəliyev XX əsrdə Azərbaycanın ən görkəmli alimlərindən biri olub:
"Elmdəki fədakarlığı sayəsində ölkəmizin və dünyanın inkişafında izlər qoyub. Onun yaratdığı elmi istiqamətlərin hər biri elm sahəsində iz qoyub. Azərbaycanda bəzi mühüm elmi müəssisələrin yaradılması Yusif Məmmədəliyevin adı ilə bağlıdır".
Nazir həmçinin bildirib ki, alimin tədqiqatları sənayeyə birbaşa inteqrasiya edilib:
"Yusif Məmmədəliyevin tədqiqatları ölkənin inkişafına böyük töhfə verib. Onun böyük elmi irsi bu gün də istifadə edilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















