Psixoloq tıxac və sıxlıqda sakit qalmağın yollarını açıqladı
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Bakıda xüsusilə günün pik saatlarında ictimai nəqliyyatda sıxlıq, yollarda uzunmüddətli tıxac və səs-küy sərnişinlər üçün ciddi narahatlıq yaradır. Bəzən yorğunluq və gərginlik fonunda avtobuslarda və digər nəqliyyat vasitələrində sərnişinlər arasında mübahisələr də baş verir.
Bəs ictimai nəqliyyatda sıxlıq, tıxac və səs-küy zamanı insan öz emosiyalarını necə idarə edə bilər? Gərgin vəziyyətdə mübahisəyə qoşulmamaq və psixoloji rahatlığı qorumaq üçün hansı üsullardan istifadə etmək mümkündür?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanlar hadisələrə emosional deyil, rasional baxmalıdırlar.
Onun sözlərinə görə, gərginlik heç nəyi dəyişmir:

“Sükan arxasındakı insanın əsəbiləşməsi idarə etdiyi nəqliyyat vasitəsinin sürətini artırmır, tıxacı açmır və yolu qısaltmır. Əksinə, diqqəti zəiflədir və gərginliyi daha da artırır.
Paytaxt şəhərlərində sıxlıq, tələskənlik və rəqabət gündəlik həyatın bir hissəsidir.
İnsan bilməlidir ki, hər vəziyyət onun nəzarətində deyil. İnsanın dəyişə bildiyi və dəyişə bilmədiyi hallar var. Dəyişə bilmədiyi vəziyyətə emosional enerji sərf etmək insanın özünə əlavə psixoloji yük yaratmasıdır. İnsan öz emosiyalarının sərhədini tanımalıdır. Tıxacda yolu açmaq mümkün deyilsə, ən azı öz daxilində gərginliyi böyütməmək mümkündür.
Sərnişinin mübahisəyə qoşulmaması, sürücünün aqressiv davranışa cavab verməməsi və diqqəti idarə edə bildiyi şeylərə yönəltməsi psixoloji gərginliyi azaltmağa kömək edir.
Rasional davranmaq emosiyasız olmaq deyil. Emosiyanı idarə etmək, emosiyanın qərarı idarə etməsinə imkan verməməkdir”, - deyə psixoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Psixoloq zərərli münasibətlərdən uzaqlaşmağın yollarını açıqladı
15 Oktyabr 2025 16:03
Psixoloq uşaqları dələduzlardan qorumağın yollarını açıqladı
09 Mart 2025 04:48
Psixoloq narahatlığı aradan qaldırmağın sürətli yollarını açıqladı
18 Avqust 2025 23:41
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
08 Oktyabr 2026 05:12
Baxış sayı:99
Bu xəbər 18 Sentyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları