Icma.az
close
up
RU
Psixoloq zərərli münasibətlərdən uzaqlaşmağın yollarını açıqladı

Psixoloq zərərli münasibətlərdən uzaqlaşmağın yollarını açıqladı

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Son illərdə psixoloqlar toksik münasibətlərin artdığını və bunun xüsusilə gənclər arasında ciddi sosial problemə çevrildiyini bildirirlər. Onlar hesab edirlər ki, toksik münasibətlərdə emosional zorakılıq, nəzarət və manipulyasiya halları geniş yayılıb. Bu cür münasibətlər insanın özünə inamını azaldır, psixoloji travmalara və sosial təcridə səbəb olur.


Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a deyib ki, toksik münasibətlərdə insanlar çox zaman "emosional asılılıq” deyilən bir vəziyyətin içində qalırlar: 

"Yəni, insan münasibətdə ağrı, təhqir, laqeydlik və ya manipulyasiya görsə də, həmin şəxsdən uzaqlaşmaqda çətinlik çəkir. Bunun bir neçə psixoloji səbəbi var. Səbəblərdən biri uşaq vaxtından formalaşmış bağlanma tərzidir. Əgər insan uşaqlıqda valideyn sevgisini qeyri-sabit şəkildə alıbsa (bəzən sevgi, bəzən laqeydlik), beynində sevgi ilə ağrı bir-birinə qarışır. Böyüdükdə də belə "emosional gərginlikli” münasibətləri sevgi kimi qəbul etməyə meylli olur”.

Ekspert deyib ki, digər səbəb qorxu və qeyri-müəyyənlikdir:

"Digər səbəb qorxu və qeyri-müəyyənlikdir. "Tək qalmaq qorxusu”, "ondan sonra heç kimi tapa bilmərəm” düşüncəsi insanı münasibətdə saxlayır. Hətta xoşbəxt olmasa belə, tanış ağrını naməlum bir azadlıqdan üstün tutur. Digər bir səbəb isə manipulyativ dövrədir. Toksik münasibətlərdə "emosional yelləncək effekti” olur. Yəni bir gün sevgi, bir gün laqeydlik. Bu dəyişkən davranış beyində asılılıq yaradır, çünki insan mükafat (diqqət, sevgi) gələcəyinə ümid edir. Emosional asılılıq isə bir insanın öz emosional rifahını, dəyər hissini və həyatın mənasını qarşı tərəfdən asılı hala gətirməsidir. Yəni "onsuz yaşaya bilmərəm”, "o mənim xoşbəxtliyimin səbəbidir” kimi düşüncələr formalaşır. Belə insanlar partnyorunun davranışından, münasibətindən, hətta ovqatından belə təsirlənirlər”.

Psixoloq vurğulayıb ki, belə hallar bir növ "insan asılılığıdır”:

"Bu, bir növ  bir növ narkotik və ya maddə asılılığı kimi, "insan asılılığıdır” ki, yalnız fərq ondadır ki, asılılıq obyektimiz insan olur. Bundan qurtulmaq üçün birinci növbədə reallığı qəbul etmək lazımdır. Münasibətin sağlam olmadığını, sevgidən çox qorxu və kontrol üzərində qurulduğunu dərk etmək ilk addımdır.sonrakı mərhələ sərhədləri bərpa etməkdir. Öz emosional sərhədlərini müəyyənləşdirmək "nəyə icazə verirəm, nəyə yox” şəxsiyyətin bərpası üçün vacibdir. Həmçinin öz dəyərini tanımaq lazımdır. Özünü sevmə və özünə hörmət üzərində işləmək lazımdır. Özünü dəyərli hiss edən insan başqa birinə "dəyər qazanmaq üçün” yapışmaz”.

E.Rüstəmov qeyd edib ki, şübhəsiz ki, bu prosesdə peşəkar dəstək vacibdir:

"Psixoterapiya emosional asılılıqdan çıxmaqda çox effektlidir. Çünki bu vəziyyətin kökləri çox zaman uşaqlıq travmaları və özünə dəyər hissi ilə bağlı olur. Yəni emosional asılılıq insanın başqa bir şəxsə duyğusal "bağlanma”sı deyil, "asılı olma” halıdır. O, sevgiyə bənzəsə də, sevgi deyil. Sevgi azadlıq verir, asılılıq isə nəzarətə, qorxuya və özünü itirməyə aparır. Ona görə də bu vəziyyətdən çıxış yolu şəxsi sərhədləri bərpa etmək, özünüdəyər hissini gücləndirmək və öz xoşbəxtliyinin müəllifi olmağı öyrənməkdir”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri