Icma.az
close
up
RU
PSJ “Bavariya”nı üstələyir Aslan Kərimov

PSJ “Bavariya”nı üstələyir Aslan Kərimov

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün UEFA Çempionlar Liqasında “Arsenal” “Atletiko Madrid”i məğlub edərək adını finala yazdırdı. Bu gün isə PSJ səfərdə “Bavariya” ilə qarşılaşacaq və növbəti finalçı məlum olacaq. 

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov Redaktor.az-a danışarkən bildirdi ki, “Arsenal”ın 1:0 hesablı qələbəsində tərəzi hər iki tərəfə dəyişə bilərdi:

"Çünki “Atletiko Madrid” də zaman-zaman qol imkanlarına yaxınlaşırdı. "Bavariya" - PSJ oyunu haqqında danışmaq isə sözün düzü çox çətindir. 9 qolun vurulduğu ilk oyundan sonra konkret iddia ortaya qoymaq bir az sadəlövhlük olardı. Amma onu qeyd edim ki, hər iki komandanın hücum xətti çox güclüdür. Yəni Avropada, hətta dünyada götürsək, hər iki komandanın hücumunda ən yaxşı oyunçular çıxış edir və onlar bunu keçən oyunda da sübut etdilər. Hər iki komandanın hücumda gördüyü iş göz qabağındadır: biri 5 qol vurur, digəri 4 qol vurur".

Müsahibimizin fikrincə, balans baxımından, hücum gücü ilə müdafiə arasında olan tarazlıq “Paris Sen-Jermen”də daha yaxşıdır, daha balanslıdır:

"Çünki “Paris Sen-Jermen”in mərkəz müdafiəçilərini “Bavariya”nın mərkəz müdafiəçiləri ilə müqayisə etsək, məncə fransızlar bir qədər öndədirlər. Məsələn, “Bavariya”nın mərkəz müdafiəçisi kimi Conatan Tanı götürsək, hücumu başlamaqda çox yaxşıdır, amma müdafiə olunarkən sürət baxımından bəzən Xviçaya və ya Dembeleyə uduza bilər. Bu baxımdan mənə görə PSJ bu mərhələni keçməyə daha yaxın görünür. Düşünmürəm ki, yenə belə bol qollu oyun olsun, çünki ilk matçdan sonra komandalar buraxdıqları qolları analiz edib bu istiqamətdə daha diqqətli olacaqlar. Amma dediyim kimi, mənə elə gəlir ki, “Paris Sen-Jermen”in hücum və müdafiə xətləri arasındakı balans daha yaxşıdır. Orta xətti müqayisə etsək bəlkə “Bavariya”nın yarımmüdafiəsi daha hərəkətli görünə bilər. Amma hücum xəttində PSJ “Bavariya”nı üstələyir və mərkəz müdafiəçiləri baxımından da daha effektiv və sürətlidirlər. Bu, həm də hesab baxımından öndə olmalarının göstəricisidir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri