Icma.az
close
up
RU
Araz Naxçıvan ın Omoniya nı da üstələməyə gücü çatar Aslan Kərimov

Araz Naxçıvan ın Omoniya nı da üstələməyə gücü çatar Aslan Kərimov

Fanat saytına istinadən Icma.az xəbər verir.

Dünən UEFA Konfrans Liqasının (KL) 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində evdə 2:1 hesabı ilə məğlub etdiyi "Aris"lə Yunanıstanda məhsuldar bərabərliyə razılaşan (2:2) "Araz-Naxçıvan" növbəti raundda mübarizə aparmaq hüququ qazandı. Tarixində ilk dəfə qitəmiqyaslı turnirdə iştirak edən naxçıvanlılar Kipr "Omoniya"sı ilə münasibətlərinə aydınlıq gətirəcəklər. "Omoniya" "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev üçün də tanış rəqibdir. O, "Qəbələ"nin "sükanı arxası"nda olarkən, 2023-cü ilin yayında məhz KL-in 2-ci təsnifat mərhələsində adalılarla üz-üzə gəlmiş və hər iki matçda uduzmuşdu - 2:3, 1:4. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Araz"ın Kipr komandası ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Öncə onu deyim ki, bütün təmsilçilərimiz yaxşı mübarizə apardılar. "Zirə" mübarizəni dayandırsa belə, "Hayduk" kimi rəqibə qarşı Splitdə sonadək döyüşdü, xarakter nümayiş etdirdi. "Araz"ın "Aris"i mübarizədən kənarlaşdırması da həm komanda, həm də Azərbaycan futbolu adına sevindirici məqamdır. 52-ci dəqiqədən azlıqda oynayan "Araz"a ikinci hissədə iki qol vursalar da, daha artığına gücləri çatmadı. "Omoniya"nın daha əvvəl Konfrans Liqasında Elmar Baxşıyevin rəhbərlik etdiyi "Qəbələ"ni məğlub etməsinin budəfəki mübarizəyə hər hansı şəkildə təsir edəcəyini düşünmürəm. İndi Baxşıyev başqa bir komandanın baş məşqçisidir, "Omoniya"da başqa kollektivdir. Bu başqa məsələ ki, rəqib əsasən legionerlərdən təşkil olunmuş, güclü komandadır. Düzü, son oyunlarına baxmamışam. Bununla belə, yaxşı kollektiv olduqlarını düşünürəm. Hər şeyə rəğmən, "Araz-Naxçıvan"ın "Omoniya"nı da üstələməyə gücü çatar. İki bərabər səviyyəli komandanın oyunlarını izləyəcəyik. Nə onlar təmsilçimizdən üstündür, nə də biz onlardan. Mərkəz müdafiəçisi İqor Ribeyronun qırmızı vərəqə alması heç yerinə düşmədi. Komandanın ən önəmli futbolçularından biridir. Təəssüf ki, cəzalı durumda olan yalnız Ribeyro deyil. Başqa itkilər də var. Hazırda şanslar 50-nin 50-yədir. Söylədiyim kimi, təmsilçimizin müdafiə xəttinin ən güclü bəndinin meydanda olmaması müəyyən problemlərə yol aça bilər. Özü də birbaşa qırmızı vərəqə alıbsa, hər iki matçı kənardan izləyəcək. Lakin "Araz"ın yenə də qol imkanları yaxalayacağına əminəm. Ribeyrosuz müdafiə xətti rəqibin həmlələrinin qarşısını kəsməyi bacarsa, hücum planında ciddi anlamda nəsə dəyişməyəcək".

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri