PSJ də bonus sistemi yeniləndi
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
PSJ rəhbərliyi komandanın uğurlarının daimi olması üçün lazımi addım atıb. Klubda yeni bonus sistemi tətbiq olunub.
"Football-plus.az" xəbər verir ki, Fransa klubunda futbolçular üçün yeni maliyyə stimullaşdırma sistemi hazırlanıb. Artıq oyun zamanı pre-assist, yəni məhsuldar ötürmədən əvvəlki ötürməni edən futbolçular əlavə bonus qazanacaqlar.
Bu yanaşma komandanın baş məşqçisi Luis Enrikenin taktiki ideyalarını daha yaxşı anlamağa kömək edir. Belə ki, məhz bu ötürmələrin təhlili hücumların qurulma məntiqini üzə çıxarır. Xüsusilə diqqəti cəlb edən məqam isə bəzi epizodlarda bir futbolçunun həm qol vurması, həm də həmin hücumun əvvəlində pre-assist müəllifi olmasıdı. Buna misal kimi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Liverpul” ilə keçirilən ilk oyun göstərilir.
PSJ-nin aprelin 8-də 2:0 hesabı ilə qalib gəldiyi matçda Xviça Kvaratsxeliya uzun hücum kombinasiyasının sonunda qol vurmuş, gürcü futbolçu həmin epizodda pre-assist müəllifi də olmuşdu.
Baxış sayı:59
Bu xəbər 21 Aprel 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















