PSJ nin daha iki aparıcı futbolçusu uzun müddətə sıradan çıxdı
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ-nin iki oyunçusu – müdafiəçi Markinyos və hücumçu Usman Dembele bud nahiyəsindəki zədələr səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaqlar. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.
Hər iki futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Barselona"ya qarşı oyunda (4:2) zədələnib.
Paris klubu həmin matçda çarpaz bağlarının qopmas səbəbindən Xviça Kvaratsxeliyanı da itirib. Futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
Qeyd edək ki, Markinyos bu mövsüm 8 oyunda meydana çıxıb və 3 qol vurub. Dembele isə 10 matçda iştirak edərək, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:71
Bu xəbər 22 Oktyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















