PSJ “Qalatasaray”ın futbolçusunu qışda transfer edə bilər
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransanın PSJ klubu “Qalatasaray”ın rusiyalı futbolçusu Aleksey Batrakovu qış transfer pəncərəsində heyətinə qata bilər.
İdman.Biz “Sport.fr”ə istinadən xəbər verir ki, Paris təmsilçisi Xviça Kvaratsxeliyanın ciddi zədəsindən sonra hücum xəttini gücləndirmək imkanlarını nəzərdən keçirir.
Gürcüstanlı futbolçunun azı altı ay meydana çıxa bilməyəcəyi gözlənilir. Bu səbəbdən baş məşqçi Luis Enrike və idman direktoru Luis Kampos əvvəlcə planlaşdırmadıqları qış transferini gündəmə gətiriblər.
Batrakovun müqaviləsində sərbəstqalma məbləğinin təxminən 60 milyon avro olduğu bildirilir. Rusiyalı yarımmüdafiəçi PSJ-nin nəzərdən keçirdiyi bir neçə namizəddən biridir.
Hələlik tərəflər arasında razılaşma əldə olunmayıb və mümkün transfer barədə məlumat rəsmi təsdiqini tapmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 06 Noyabr 2026 02:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















