Icma.az
close
up
RU
PSJ qazandı, Fransa viran oldu

PSJ qazandı, Fransa viran oldu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada baş verən kütləvi iğtişaşlar PSJ-nin tarixində ilk dəfə Çempionlar Liqasını qazanmasının səbəb olduğu bayram ab-havasını korladı.

"Football-plus.az" xəbər verir ki, mayın 31-dən iyunun 1-nə keçən gecə ölkəboyu iğtişaşlar, polislə toqquşmalar və yanğınlar müşahidə olundu. RMC radiostansiyasının məlumatına görə, bu hadisələr zamanı iki adam ölüb, ən azı 214-ü yaralanıb, 550-dən artıq adam saxlanılıb.
"İnter"lə oyunun final fiti səslənən kimi minlərlə azarkeş Parisin və başqa şəhərlərin küçələrinə axışdı. Əsas izdiham Yelisey sarayı ətrafında və “Park de Prens” stadionunun yaxınlığında müşahidə olundu. Əvvəlcə hər şey nisbətən sakit idi, lakin sonra təxribatlar başladı, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəşfəşanlıq elementləri atıldı, eləcə də kütləvi davalar və talanlar başladı.
Yerli polisin məlumatına görə, 17 yaşlı yeniyetmə küçə toqquşması zamanı ölüb. İkinci ölüm hadisəsi paytaxtın 15-ci dairəsində qeydə alınıb: skuterdə olan qadın idarəetməni itirərək PSJ azarkeşlərinin olduğu avtomobilə çırpılıb. Müxtəlif mənbələrə görə, 200-dən çox adam yaralanıb, lakin onların sayı hər saat artır.
İğtişaşların qarşısını almaq üçün Paris küçələrinə 5500-ə yaxın polis və jandarm çıxarıldı. Gözyaşardıcı qaz, su şırnaqları və rezin dəyənəklərdən istifadə olundu. Bütün bunlara baxmayaraq, hakimiyyət orqanları belə hadisəyə hazır deyildi. Fransanın daxili işlər naziri Bruno Retayo talançıların hərəkətlərini kəskin şəkildə pisləyib və onları “idmanı gözdən salan barbarlar” adlandırıb. Nazir həmçinin günahkarların mütləq cəzalandırılacağına da söz verib.
İğtişaşlar təkcə Parisdə yox, Lion, Marsel, Nant, Strasburq və Qrenoblda da qeydə alındı. Bəzi rayonlarda dükanların vitrinləri sındırıldı, avtomobilləri aşırdılar, zibil qablarını yandırdılar. Onlarla yanğınsöndürmə briqadası yanğını söndürdü. İnsidentə baxmayaraq, Paris şəhərinin hakimiyyət orqanları komandanın iyunun 2-nə planlaşdırılan paradını ləğv etmədi. Parad gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə Yelisey meydanında keçirildi. Komandanı Fransa prezidenti Emmanuel Makron da qəbul etdi.
Yeri gəlmişkən, UEFA ÇL-in finalından sonra təhlükəsizlik kordonunu yarıb meydana çıxan fransalı azarkeşlərə görə də PSJ-ni cəzalandıra bilər. Həmçinin Fransa klubunun azarkeşləri oyunun gedişində kütləvi şəkildə pirotexniki vasitələrdən yararlanıb, üzərində “Stop genocide in Gaza” (Qəzzada soyqırımı dayandırın) yazısı olan pankart açıblar.
“Ekip”in məlumatına görə, qitə futbol qurumu parisli azarkeşlərin hərəkətini reqlamentin pozulması kimi qiymətləndirib və araşdırmaya başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2025 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri