PUA hücumu nəticəsində İraq Kürdüstanında neft yataqlarının fəaliyyəti dayanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qahirə, 16 iyul, AZƏRTAC
Artıq üçüncü gündür ki, İraq Kürdüstanının bir neçə neft yatağı PUA hücumuna məruz qalır. Bu gün baş vermiş təkrar hücum nəticəsində Zaxu regionundakı Tavki və Pişxabur yataqlarına böyük zərər dəyib, nəticədə yataqlar fəaliyyətini dayandırıb.
AZƏRTAC İraq xəbər agentliyinə istinadla bildirir ki, bu barədə İraq Kürdüstanı regionunun Təbii Ehtiyatlar Nazirliyinin açıqlamasında deyilir.
“Əl-Arabiyyə” telekanalı xəbər verir ki, yataqlar Norveçin DNO şirkəti tərəfindən idarə olunur. Şirkətdən bildiriblər ki, zərərin qiymətləndirilməsi üzrə aparılan təhqiqat bitən kimi quyuların fəaliyyətinin bərpa olunması gözlənilir.
Bildirilir ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani hadisə ilə bağlı araşdırmanın başlaması barədə göstəriş verib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















