Icma.az
close
up
RU
Pul ağacı. Evə pul gətirməsə də, sağlamlıq gətirir

Pul ağacı. Evə pul gətirməsə də, sağlamlıq gətirir

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Pul ağacı kimi tanınan (krasula) otaq bitkisinə ofislərdə və evlərdə rastlamaq mümkündür.

Pul gətirəcəyinə inanılaraq saxlanılan bu bitkinin bir çox faydalı xüsusiyyətləri də mövcuddur.

Medicina.az bildirir ki, pul ağacının yarpaqlarında çox miqdarda efir yağları, flavonoidlər var. Pul ağacı bitkisi otağın havasını yaxşı təmizləyir. Bu bitkinin şirəsi güclü bakteriosid, virusəleyhinə, iltihabəleyhinə, bərpaedici xüsusiyyətlərə malikdir.

Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir:

- Oynaq xəstəlikləri (artrit, artroz, podaqra);

- Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri;

- Varikoz;

- Revmatizm, 3-lü sinirin soyuqdəyməsi;

- Babasil;

- Pielonefrit, sistit;

- Herpes, angina;

- Döyənək, yanıq, kəsik, həşərat dişləməsi, əzələ dartılması və s.

Bu bitkidən əsasən xaricə tətbiq üçün bir sıra məlhəmlər, mazlar hazırlanır. Şirəsindən kompreslər edilir. Mədə-bağırsaq xəstəlikləri zamanı isə səhərlər acqarına bu bitkinin 1 ədəd yarpağını çeynəyərək udmaq yaxşı nəticə verir. Udduqdan 1 saat sonra səhər yeməyi yemək olar.

Pul ağacının şirəsindən edilən kompress artrit, yanıq, dəri üzərində olan yaralar, həmçinin herpes zamanı yaxşı təsir göstərir. Tonzillit və angina zamanı bu bitkinin şirəsi ilə boğazı qarqara etmək çox effektlidir. Babasil zamanı pul ağacı bitkisinin yarpağını uzununa kəsin və babasil düyününün üzərinə qoyun.  

Varikoz xəstəliyi zamanı da pul ağacından hazırlanan dərmandan istifadə yaxşı effekt verir. Bu zaman aşağıdakı terapiya kursu tətbiq edilməlidir: ay ərzində 3 dəfə ayaqları pul ağacının yarpaqlarından hazırlanmış spirtli məhlulla silmək lazımdır. Hazırlanması isə belədir: 20 ədəd yarpağı blenderdən keçirin, üzərinə 250 ml araq tökün. Qarışığı şüşə qaba boşaldaraq 3 həftə qaranlıq yerdə saxlayın. İstifadədən əvvəl süzün.

Böyrək iltihabı zamanı isə 5 ədəd pul ağacı yarpağını xırda-xırda doğrayın, üzərinə 1 stəkan qaynar su tökün. Tam soyuduqdan sonra isə məhlulu tənzifdən süzün. Yeməkdən 15 dəqiqə əvvəl 1 x/q için.

Orqanizmə xeyirindən əlavə bu bitkinin bir sıra yan təsirləri də mövcuddur. Belə ki, daxilə qəbul zamanı həddi aşmaq olmaz. Əks halda ürəkbulanma, qusma və qarın ağrısı, huşun itməsi ilə müşayiət olunan zəhərlənmə yaşana bilər.

Bundan əlavə, pul ağacı 12 yaşdan aşağı uşaqlar üçün də bir sıra əks göstərişlərə malikdir. Həmçinin də hamilə və süd əmizdirən qadınlar da bu bitkidən uzaq dursalar yaxşı olar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see281

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see266

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see253

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see250

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see235

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see229

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see229

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see220

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see219

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see212

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see212

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see211

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see208

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see203

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see198

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see198

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see194

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see181

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri