Icma.az
close
up
RU
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul

Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Düşünürsünüz ki, bitkoin tarixin ən qəribə valyutasıdır? Yanılırsınız. Bəşəriyyət pul vahidləri yaranmazdan əvvəl duz, istiot, kakao paxlası, çay və hətta dəniz qabıqları ilə alış-veriş edib. Bu məhsullarla maaş və vergilər ödənilib, mülk və heyvanlar alınıb, sərvətlər toplanıb.

Milli.Az lent.az-a istinadən bir zamanlar pul əvəzi işlədilən və qızıl qədər qiymətli sayılan beş məhsulu təqdim edir.

Duz - həyat qədər qiymətli "ağ qızıl"

Soyuducuların olmadığı dövrdə duz ərzağın uzun müddət saxlanması üçün əsas vasitələrdən biri olub. Buna görə ona sahib olmaq yalnız mətbəx ehtiyacını ödəmək deyil, həm də həyatda qalmaq demək idi.

Duz yataqlarının olmadığı Afrika bölgələrində bu məhsul son dərəcə baha qiymətləndirilib. Efiopiyada "amole" adlandırılan standart duz külçələri əsrlər boyu ödəniş vasitəsi kimi işlədilib. Onlarla məhsul alınıb, borc və vergilər ödənilib. Duz külçələri XX əsrin əvvəllərinədək dövriyyədə qalıb. 1903-cü ildə Efiopiyada dövlət gəlirlərinin təxminən 27 faizinin duz külçələri ilə toplandığı bildirilir.

İstiot - Orta əsrlərin "qara qızılı"

Bu gün hər mətbəxdə olan qara istiot Orta əsrlər Avropasında zənginlik rəmzi sayılıb. Hindistandan gətirildiyi və uzun ticarət yollarından keçdiyi üçün onun qiyməti çox yüksək olub.

İstiotla icarə haqqı, vergi, borc və cehiz ödənilib. Varlı tacirlərə "istiot kisələri" deyilməsi də buradan yaranıb. Roma şəhərini mühasirəyə alan vestqot hökmdarı Alarixin tələb etdiyi təzminatın içərisində üç min funt istiotun olduğu bildirilir. İngilis dilində simvolik məbləğ mənasını verən "peppercorn rent" ifadəsi də həmin dövrün izidir.

Kakao paxlası - asteklərin şokolad pulu

Mezoamerikada kakao yalnız içki hazırlamaq üçün istifadə edilməyib. Asteklər və digər yerli xalqlar kakao paxlalarını pul kimi qəbul ediblər.

XVI əsrə aid mənbələrə görə, bir kakao paxlasına tamale almaq mümkün olub. Yüz paxla isə yaxşı bir hinduşkanın qiymətinə bərabər sayılıb. Paxlalar kiçik, daşınması asan və hamı tərəfindən tələb olunan məhsul olduğu üçün bazarlarda rahatlıqla qəbul edilib. Kakao o qədər qiymətli olub ki, içərisi boşaldılmış qabıqlara torpaq doldurularaq saxta "pul" hazırlanması hallarına da rast gəlinib.

Çay - vergi və maaş ödənilən kərpiclər

Çin, Tibet, Monqolustan və Sibirdə preslənmiş çay kərpicləri uzun müddət valyuta rolunu oynayıb. Onlarla işçilərin maaşı və vergilər ödənilib, atlar alınaraq xəzlə dəyişdirilib.

Çay kərpiclərinin qiyməti keyfiyyətindən və Çindən hansı məsafəyə aparılmasından asılı olub. Bəzi kərpiclərin üzərində xüsusi xətlər yerləşdirilib. İnsanlar həmin hissələri qıraraq xırda ödənişlərdə istifadə ediblər. Pul kimi xərclənmədikdə isə çayı dəmləyib içmək mümkün olub.

Kauri qabıqları - minilliklərin valyutası

Hind okeanından çıxarılan kauri qabıqları Çin, Hindistan, Afrika və Cənub-Şərqi Asiyada geniş yayılıb. Kiçik, davamlı və asan daşınan bu qabıqları saxtalaşdırmaq çətin olub.

Qərbi Afrikada kaurilərlə məhsullar alınıb, vergilər ödənilib və iri ticarət əməliyyatları aparılıb. XIX əsrin ikinci yarısında bir toyuğun təxminən 100 kauriyə satıldığına dair qeydlər mövcuddur. Qabığın tarixi təsiri bu gün də yaşayır: Qananın "sedi" valyutasının adı kauri qabığının yerli adından götürülüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Sentyabr 2026 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri