Icma.az
close
up
RU
Bu rəngin qramı qızıldan baha olub

Bu rəngin qramı qızıldan baha olub

Icma.az, Metbuat saytına istinadən bildirir.

Rənglər tarix boyu insanlığın mədəniyyətinə, sənətinə və düşüncə tərzinə yön verib. Onların arasında isə elələri var ki, sadəcə gözəlliyi ilə deyil, nadirliyi və dəyəri ilə də seçilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ultramarin belə rənglərdən biridir. Orta əsrlərdə qramı qızıldan baha olan bu piqment, yalnız ən mötəbər sifarişlər üçün istifadə olunurdu. Əfqanıstan dağlarından çıxarılan lapis lazuli daşından əldə edilən ultramarin, əsrlər boyu ilahi paklıq, sədaqət və müqəddəslik simvolu kimi qəbul edilib. Bu səbəbdən də həm incəsənət tarixində, həm də mədəniyyətlərarası simvolik anlamda xüsusi yer tutur.

Ultramarin xüsusilə Orta əsr və Renessans dövrü Avropa sənətində müqəddəs obrazların təsvirində istifadə olunurdu. Məsələn rəsm əsərlərində Məryəm ananın libasları çox vaxt ultramarinlə rənglənirdi. Bu, həm müqəddəslik, həm də boya dəyərinə görə ilahi zənginlik və təmizlik simvolu idi.Leonardo da Vinci, Michelangelo, Vermeer kimi böyük rəssamların əsərlərində ultramarin xüsusi yer tutur. Avropada bu daş nadir tapıldığından, ultramarin bir növ “xəzinə” hesab olunurdu.

Lapis lazuli daşından piqment əldə etmək çox mürəkkəb və zəhmətli proses idi. Daşlar toz halına gətirilir, dəfələrlə yuyulur və yalnız çox az miqdarda saf boya alınırdı. Məhz buna görə də ultramarin əsrlər boyu dünyanın ən bahalı rəngi sayılıb.Orta əsrlərdə qramı qızıldan belə baha idi. Yalnız ən varlı sifarişçilər və kilsələr bu rəngi almağa gücü çatırdı.

XIX əsrdə kimyaçıların yaratdığı süni ultramarin rəngi bu boyanı əlçatan etdi. İndi artıq sənaye və incəsənətdə geniş istifadə olunur. Amma təbii lapis lazuli-dən hazırlanan orijinal ultramarin hələ də nadir və bahalıdır.

Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Avqust 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see215

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see199

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see177

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see174

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri