Pul verib efirə çıxmaq istəyən müğənniyə qarşı dələduzluq edildi
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Dünya TV"nin efirinə çıxmaq istəyən qadın müğənni dələduzluğun qurbanı olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, müğənni kimi fəaliyyət göstərən Zeynəb Qasımova tanışı Əlizamin Məmmədova (soyadlar şərtidir) Sumqayıtda yerləşən "Dünya TV"nin efirinə çıxmaq istədiyini bildirib.
Əlizamin bunu 800 manat qarşılığında edə biləcəyini deyib.
Müğənnidən 800 manat alan Əlizamin ona telekanalın əməkdaşları tərəfindən telefon zəngi gələcəyini söyləyib. Zeynəb inanaraq zəngi gözləyib, amma bu baş verməyib. Əlizamin isə Zeynəbdən aldığı pulu xərcləyib.
Qarşı tərəfdən pulunu istəyən ifaçı yalnız 70 manat ala bilib. Pulun qalan hissəsini ala bilməyən Zeynəb Qasımova məhkəməyə üz tutub. Məhkəmə Əlizamin Məmmədova 1 500 manat cərimə kəsib. İndi təqsirləndirilən şəxslə müğənni arasında əldə olunan razılığa əsasən, Əlizamin Zeynəbə hər ay 50 manat ödəməklə pulunu qaytaracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 23 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















