Pulemyot və raketlərlə təchiz olunmuş dron yaradıldı Bu ölkədə
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin mühəndisləri şəhər şəraitində döyüş əməliyyatları aparmaq üçün yaradılmış bir nəfərlik, idarə olunan "Superwing ZR-300" kvadrokopterinin prototipini nümayiş etdiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Army Recognition" nəşri məlumat yayıb.
Qeyd edilib ki, ağır uçuş aparatı atıcı və raket silahları ilə təchiz edilib.
İriqabaritli kvadrokopter yüksək manevr qabiliyyətinə, eləcə də şaquli uçuş və eniş etmək bacarığına malikdir. Bu xarakteristikaları sayəsində o, sıx şəhər tikililəri şəraitində səmərəli fəaliyyət göstərə bilər. "ZR-300"ün mərkəzi bölməsində pilot-operator kabinəsi yerləşdirilib. Bununla belə, aparat pilotsuz rejimdə, həmçinin opsional idarə olunan platforma kimi fəaliyyət göstərə bilir.
Kvadrokopterin silah kompleksinə pulemyotlar, idarə olunmayan aviasiya raketləri blokları və idarə olunan raketlər daxildir. Elektrikli "ZR-300" kütləsi 200 kiloqrama qədər olan faydalı yük daşımaq üçün nəzərdə tutulub. Maşının döyüş radiusu 120 kilometr təşkil edir, maksimal sürəti isə saatda 180 kilometrə çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 Aprel 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















