Icma.az
close
up
RU
Pulsuz dərmanları haradan və necə əldə edə bilərik? Rəsmi

Pulsuz dərmanları haradan və necə əldə edə bilərik? Rəsmi

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əhalinin dərman təminatını yaxşılaşdırmaq və tibbi sığorta sisteminin maliyyə dayanıqlığını artırmaq məqsədilə Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiqlənib. Qaydalar dərmanların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarlarını əhatə edir.

Metbuat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində keçirilən media-tur və təlim zamanı bildirib. Onun sözlərinə görə, verilən qərarlar həm sistemin idarə olunmasını, həm də vətəndaşların dərmanlara çıxış imkanlarını daha da yaxşılaşdırır. "Dərman təminatı ilə bağlı ən vacib yeniliklərdən biri də “Pozitiv siyahı”nın formalaşdırılmasıdır. Pozitiv siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısıdır və onun ilkin mərhələsi artıq hazırlanıb. Siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar, təsiredici maddə, dozalar, kompensasiya faizləri rəsmi saytımızda dərc olunacaq".

O əlavə edib ki, ilk etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan qan təzyiqini salan dərmanlar daxil edilib. Bu dərmanların dəyərinin tam şəkildə və ya müəyyən hissəsinin sığorta fondu tərəfindən qarşılanması nəzərdə tutulur. Aynurə Əhmədova bildirib ki, dərmanların siyahıya daxil edilməsi üçün onlar dövlət reyestrində qeydiyyatdan keçməli, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməli, qiyməti dövlət tərəfindən tənzimlənməli və sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır.

Dərmanların təyinatı üçün əsas mexanizm elektron resept sistemi olacaq. Elektron reseptlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər artıq aparılır. Sığorta hesabına verilən dərmanlar yalnız Agentliklə müqavilə bağlayan özəl apteklərdə təqdim olunacaq və bu apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar rahatlıqla tanıya bilsinlər" — deyə Aynurə Əhmədova bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri