Icma.az
close
up
RU
Pulsuz metro da problemi həll etmədi: Sərnişinlər yenə yollarda qalıb

Pulsuz metro da problemi həll etmədi: Sərnişinlər yenə yollarda qalıb

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Şamaxinka”da hər gün səhər saatlarında yaranan ciddi nəqliyyat və sərnişin sıxlığı ictimai nəqliyyatda yük bölgüsü problemini yenidən gündəmə gətirib.

Sıxlığın azaldılması məqsədilə “Avtovağzal” və “Xocəsən” metro stansiyalarında girişin pulsuz olması ilə bağlı tədbir görülsə də, ərazidə dayanacaqlarda çoxsaylı sərnişinlərin toplanması və avtobusların dolu vəziyyətdə hərəkət etməsi problemin hələ də tam həll olunmadığını göstərir.

“Şamaxinka” kimi böyük nəqliyyat qovşağında sərnişin axınının düzgün bölüşdürülməsi üçün marşrut şəbəkəsində hansı dəyişikliklərə ehtiyac var? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, “Şamaxinka”da səhər saatlarında müşahidə olunan ciddi nəqliyyat və sərnişin sıxlığı problemin təkcə avtobusların sayında olmadığını göstərib:

“Ümumilikdə sərnişin axınının düzgün proqnozlaşdırılması, marşrut şəbəkəsinin təşkili və müxtəlif nəqliyyat növləri arasında yükün balanslı bölüşdürülməsindədir. “Şamaxinka” Bakının ən mühüm nəqliyyat qovşaqlarından biridir və şəhərətrafı ərazilərdən, xüsusilə Sumqayıt, Xırdalan, Masazır, Biləcəri və digər yaşayış massivlərindən paytaxta daxil olan böyük sərnişin axını burada cəmləşir. Səhər pik saatlarında minlərlə insanın eyni vaxtda şəhərin mərkəzi və müxtəlif iş, təhsil istiqamətlərinə hərəkət etməsi dayanacaqlarda həddindən artıq yüklənmə yaradır.

“Avtovağzal” və “Xocəsən” stansiyalarında müəyyən keçid imkanlarının pulsuz təşkili sərnişinlərin metroya yönləndirilməsi baxımından müsbət addım sayıla bilər, lakin təkcə bu tədbirlə “Şamaxinka”dakı problemi həll etmək mümkün deyil. Əgər sərnişinin yaşadığı ərazidən metro stansiyasına rahat, sürətli və proqnozlaşdırılan avtobus bağlantısı yoxdursa, metro ilə bağlı güzəşt və ya pulsuz keçid də gözlənilən nəticəni tam verməyəcək”. 

O qeyd edib ki, burada əsas məsələ “son kilometr” və “ilk kilometr”bağlantılarının düzgün qurulmasıdır: 

“Sərnişin Xırdalan, Masazır, Biləcəri və digər ərazilərdən çıxaraq uzun müddət avtobus gözləməməli, daha sonra isə artıq dolmuş nəqliyyat vasitəsinə minməyə məcbur qalmamalıdır”. 

Onun sözlərinə görə, “Şamaxinka” kimi qovşaqlarda marşrut şəbəkəsinə yenidən baxılmalı, bütün avtobusların şəhərin mərkəzinə qədər getməsi prinsipi əvəzinə güclü magistral və qidalandırıcı marşrut sistemi yaradılmalıdır:

“Yaşayış massivlərindən “Avtovağzal”, “Xocəsən” və digər metro stansiyalarına qısa intervallarla işləyən ekspres və qidalandırıcı xətlər təşkil edilməli, həmin xətlərdə xüsusilə səhər və axşam pik saatlarında iritutumlu avtobusların sayı artırılmalıdır. Eyni zamanda, sərnişin sayı günün bütün saatları üçün eyni qəbul edilməməlidir. Səhər saatlarında hansı istiqamətdən neçə sərnişinin gəldiyi, hansı dayanacaqda daha çox yığılma yarandığı və hansı marşrutların artıq dayanacağa dolu vəziyyətdə çatdığı real vaxt məlumatları əsasında təhlil edilməlidir.

Əgər avtobus dayanacağa çatmamış dolursa, həmin xətt üzrə əlavə avtobusların buraxılması və ya qısa məsafəli köməkçi reyslərin təşkili vacibdir. “Şamaxinka”da dayanacaq infrastrukturu da sərnişin həcminə uyğunlaşdırılmalı, çünki eyni nöqtədə müxtəlif istiqamətlər üzrə böyük sayda sərnişinin toplanması həm hərəkəti çətinləşdirir, həm də təhlükəsizlik problemi yaradır. Marşrutların dayanacaq nöqtələri istiqamətlər üzrə ayrılmalı, sərnişinlərin hansı avtobusa haradan minəcəyi daha aydın təşkil edilməli və avtobusların dayanacaqda bir-birinin hərəkətinə mane olması aradan qaldırılmalıdır”. 

Ekspert qeyd edib ki,digər vacib məsələ avtobus zolaqlarının davamlılığıdır:

“Avtobus sayını artırmaqla yanaşı, həmin avtobusun tıxacda minik avtomobilləri ilə birlikdə qalmasının qarşısı alınmalıdır. Əks halda xəttə əlavə nəqliyyat vasitəsi buraxılsa belə, dövriyyə müddəti uzanacaq, interval pozulacaq və dayanacaqda yenidən sərnişin yığılacaq. Buna görə “Şamaxinka”ya daxil olan və buradan çıxan əsas istiqamətlərdə ictimai nəqliyyatın fasiləsiz hərəkət üstünlüyü təmin edilməlidir. Məncə, bugünkü vəziyyət bir daha göstərir ki, sərnişin sıxlığını yalnız bir nöqtədə əlavə avtobus buraxmaqla və ya müəyyən metro keçidlərini pulsuz etməklə idarə etmək olmaz.

Şəhərətrafından başlayan səfər zənciri bütövlükdə nəzərdən keçirilməli, avtobus, metro və digər ictimai nəqliyyat vasitələri vahid sistem kimi işləməlidir. Məqsəd sərnişini “Şamaxinka”da toplamaq deyil, əksinə, həmin böyük axını hələ qovşağa çatmamış müxtəlif metro stansiyalarına və alternativ nəqliyyat istiqamətlərinə bölüşdürmək olmalıdır. Düzgün marşrut planlaşdırılması, ekspres və qidalandırıcı xətlərin artırılması, pik saatlarda avtobus tutumunun yüksəldilməsi, intervalların real sərnişin tələbinə uyğunlaşdırılması və metro ilə avtobus arasında rahat inteqrasiyanın yaradılması həyata keçirilərsə, həm “Şamaxinka”dakı sərnişin sıxlığını, həm də ətraf yol şəbəkəsindəki nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Pulsuz metro Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Oktyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri