Icma.az
close
up
RU
“Pulsuz” tibbi sığortanın pullu oyunu milyardlar hara axır? KONKRET

“Pulsuz” tibbi sığortanın pullu oyunu milyardlar hara axır? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunu yoxlayandan sonra ortaya çıxan mənzərə bundan ibarət oldu ki, ölkədə tibbi sığorta sistemi hələ də “sığorta” adına uyğun işləmir və bu boşluqlar həm vətəndaşın cibinə girir, həm də dövlət büdcəsinə dəyir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Əvvəla, Fondun Milli Məclisə verdiyi büdcə hesabatlarında gəlir və xərc rəqəmləri düzgün göstərilməyib. Yəni deputatlar, ictimaiyyət və hökumət real mənzərəni görə bilmir. Hesabatda rəqəmlər təhrif olunanda hansı sahəyə pul çatmır, harada israf var – onu müəyyən etmək mümkün olmur. Bu da qərarların səhv verilməsinə, lazım olan yerə pulun çatdırılmamasına gətirib çıxarır. Yəni Fond təqdim etdiyi hesabatla “bulanıq suda balıq tutmaq” istəyir.

İkincisi, sığorta mexanizmi öz məntiqinə uyğun qurulmayıb. Normalda sığorta belə işləməlidir: vətəndaş xəstələnir, xidmət alır, sığorta həmin konkret xidmətin pulunu xəstəxanaya ödəyir. Amma bizdə TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarına pul “bu qədər adamı müalicə etdin” deyə yox, “işıq pulunu, maaşları, kommunalı ödə, ümumiyyətlə bağlanma” prinsipi ilə verilir. Nəticədə xəstəxananın yaxşı həkim saxlamağa, yeni aparat almağa, xidməti yaxşılaşdırmağa marağı qalmır. Çünki xəstə çox gəlsə də, az gəlsə də, pulu alır. Bu da dövlət xəstəxanalarını zəif salır, adamları məcburi özəl klinikalara yönləndirir.

Burada başqa bir özəl maraq da var – özəl xəstəxanalar kimlərə məxsusdur? Bu suala cavab tapanda aydın olur ki, bu sistem kortəbii deyil, məqsədyönlü qurulub.

Üçüncüsü, baha əməliyyatlar demək olar ki, tamamilə özəl klinikaların əlinə keçib. Dəyəri 5 min manatdan yuxarı olan əməliyyatların 90 faizdən çoxu özəl xəstəxanalarda həyata keçirilib. Dövlət xəstəxanalarının nə avadanlığı, nə də həmin əməliyyatı edən heyəti var. Vətəndaş məcbur qalır ki, ya cibindən əlavə pul versin, ya da özəl xəstəxanalarda növbə gözləsin. Fond isə bu pulları özəl klinikaya ödəyir. Belə çıxır ki, Fond dövlət büdcəsindən yığdığı sığorta pulunu dövlət xəstəxanasını gücləndirməyə yox, özəl sektoru maliyyələşdirməyə xərcləyir. Dövlət xəstəxanaları güclənməsə, avadanlıq və həkim baxımından inkişaf etməsə, bu vəziyyət dəyişməyəcək.

Dördüncüsü, vətəndaş poliklinikadan göndəriş almadan birbaşa özəl klinikaya gedəndə Fond həmin vətəndaşa görə də pul ödəyib. İki ildə cəmi 14 özəl klinikaya 4.27 milyon manat bu cür göndərişsiz müraciətlərə görə verilib. Qanuna görə sığorta yalnız “marşrut” üzrə, yəni əvvəlcə dövlət müəssisəsindən göndərişlə işləməlidir. Bu qayda pozulanda sistemdə nəzarət itir, Fondun pulu “ayaqla gələn” istənilən müraciətə xərclənir və dövlət xəstəxanaları tamamilə prosesdən kənarda qalır.

Beşincisi, idarəetmə xərclərinə heç bir yuxarı limit qoyulmayıb. TƏBİB-in tabeliyində yeni-yeni hüquqi şəxslər, qurumlar, departamentlər yaranır. Hər birinin direktoru, müavini, katibliyi, maşını, ezamiyyəsi var. Bu inzibati aparat böyüdükcə sığorta pulunun daha çox hissəsi müalicəyə yox, kabinet saxlamağa gedir. Qanunda “idarəetmə xərci gəlirin 5 faizindən çox ola bilməz” kimi sərt hədd olmayanda pulun hara xərcləndiyini izləmək çətinləşir.

Altıncısı, büdcədən sığortalanan əhalinin sayı rəsmi statistikaya uyğun gəlmir. Bir adam həm işsiz kimi, həm tələbə kimi, həm də başqa kateqoriya üzrə iki-üç yerdən sığortalı göstərilib. Dövlət hər bir nəfər üçün Fondun hesabına pul köçürür. Adam sayında şişirtmə olanda büdcədən artıq vəsait çıxır, amma real xidmət alanın sayı o qədər deyil. Bu da hər il milyonlarla manatın havaya getməsi deməkdir.

Bu nöqsanların cəmiyyətə təsiri aydındır. Vətəndaş “pulsuz tibbi sığorta var” deyə eşidir, amma dövlət xəstəxanasına gedəndə ya aparat yoxdur, ya həkim yoxdur, ya da “özəl klinikaya get” deyirlər.

Özələ gedəndə də cibindən əlavə pul çıxır. Yəni sığorta yükü vətəndaşın üzərində qalır. Dövlət büdcəsinə təsir isə daha böyükdür. Sistem sığorta kimi yox, “xəstəxana saxlama” kimi işlədiyi üçün hər il milyardlarla manat tökülür, amma səhiyyənin keyfiyyəti qalxmır. Baha əməliyyatlar özələ axır, dövlət xəstəxanası inkişaf etmir, idarəetmə xərcləri şişir, adam sayı şişirdilir. Nəticədə büdcə iki dəfə ziyan edir: həm xəstəxanaları saxlayır, həm də özəl klinikalara xidmət pulu ödəyir.

Qısası, Fond hələ ki, vəsait toplayan və paylayan kassa rolunu oynayır, xəstəxanalar arasında rəqabət yaradan, keyfiyyəti stimullaşdıran sığortaçıya çevrilə bilməyib. Bu boşluqlar aradan qaldırılmasa, hər il dövlət büdcəsindən tibbi sığortaya ayrılan 1.5 milyard manatdan çox vəsait səmərəsiz xərclənməyə davam edəcək, vətəndaş isə yenə keyfiyyətli tibbi xidmət üçün əlavə pul axtarmaq məcburiyyətində qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 May 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri