Icma.az
close
up
RU
Əhaliyə MÜHÜM XƏBƏR Pulsuz tibbi xidmətlərin sayı artırılır KONKRET

Əhaliyə MÜHÜM XƏBƏR Pulsuz tibbi xidmətlərin sayı artırılır KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli tibbi xidmətlərə daha əlçatan olması məqsədilə tətbiq edilir.

KONKRET.az xəbər verir ki, bu sistem insanların maliyyə yükünü azaltmaqla yanaşı, müasir tibb xidmətlərindən bərabər şəkildə yararlanmaq üçün geniş imkanlar yaradır.

Sığorta çərçivəsində vətəndaşlar təcili, ilkin və ixtisaslaşmış tibbi yardım, laborator və diaqnostik xidmətlər daxil olmaqla geniş spektrdə tibbi xidmətlər əldə edə bilirlər. İcbari tibbi sığorta həmçinin xəstəliklərin erkən aşkarlanması və profilaktikası üçün şərait yaradaraq cəmiyyətin sağlamlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.

Bu sistem vasitəsilə tibbi xidmətlərin maliyyələşdirilməsi mərkəzləşdirilir və şəffaflıq təmin edilir. Beləliklə, icbari tibbi sığorta ölkədə səhiyyə sisteminin inkişafına mühüm töhfə verməkdədir.

İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı nə qədərdir? Gələcək daha hansı xidmətlərin bu zərfə daxil edilməsi planlaşdırılır?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta ölkədə tətbiq olunduğu dövrdən bugünə kimi əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Xidmətlər Zərfinə 2 dəfə dəyişiklik edilib: “İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 2 dəfə artırılaraq 3315-ə qədər yüksəlib.

Ötən il təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub. Habelə vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası kimi əməliyyatlar da daxil edilib.

Hazırda Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlərin sayının artırılması məqsədilə ictimai müzakirələr keçirilir. İcbari tibbi sığorta ilə qarşılanan ürək-damar, neyrocərrahiyyə və oftalmoloji xidmətlərin növbəti ildə çeşidinin artırılması, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin də mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub.

İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin qarşılanması planlaşdırılıb. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir”.bakuws

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri