Icma.az
close
up
RU
Pulu doğru xərcləməyin QIZIL QAYDALARI

Pulu doğru xərcləməyin QIZIL QAYDALARI

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bu gün hər kəs pul çatışmazlığından gileylənir. Maaş günündən bir neçə gün sonra borca pul axtaranları çox görürük.
Fakt budur ki, insanların əksəriyyəti maliyyə vəziyyəti ilə bağlı narahatlıq keçirir. Bir çoxları üçün pul  sadəcə bank kartındakı rəqəm deyil, gündəlik stress mənbəyidir.  Ayın sonuna qədər vəsaitin yetib-yetməyəcəyi, qiymətlərin yenidən artacağı halda vəziyyətin necə olacağı və kredit borclarının necə bağlanacağı ilə bağlı suallar insanları ciddi şəkildə düşündürür.
Bəs necə etməliyik ki, maaşımız ayın sonuna qədər bəs eləsin?
Mütəxəssislərin rəyinə görə pulun düzgün idarə olunması yalnız daha çox qazanmaq deyil, həm də mövcud gəlirdən səmərəli istifadə etmək bacarığıdır. Müasir dövrdə artan qiymətlər, kredit öhdəlikləri və istehlak meylləri insanları maliyyə çətinlikləri ilə üz-üzə qoyur. Buna görə də qənaətcil olmaq üçün ilk növbədə maliyyə intizamı formalaşdırmaq vacibdir.
Nəzərə alaq ki, maliyyə narahatlığı çox vaxt düzgün qərar qəbul etməyə mane olur. Bəzi insanlar impulsiv xərclərə üstünlük verir, digərləri isə həddindən artıq qənaət rejiminə keçir, hətta imkanları olsa belə istirahət və ya vacib planlardan imtina edirlər.
 

Maraqlıdır ki, bəzi insanlar son zamanlar bu problemlə bağlı süni intellektdən belə kömək umur. Belə vəziyyətdə  sistem istifadəçinin maliyyə vəziyyətini təhlil edir, əlavə suallar verir və problemləri mərhələli şəkildə izah edir. Süni intellekt köməkçisi maaşın hara xərcləndiyini anlamağa, böyük alışlara hazırlaşmağa, tətil planlaşdırmağa və emosional xərclərin qarşısını almağa kömək edir.


Amma unutmayaq ki, süni intellekt reallğa yox, ötürülən informasiyalara əsaslanaraq məsləhət verir. Bu səbəbdən də pulun idarəedilməsində süni intelekt ən yaxşı məsləhətçi ola bilməz.
Əsas məsələ büdcə planlaşdırmasıdır
Qənaətcilliyin təməli aylıq büdcənin hazırlanmasından başlayır. İnsan əvvəlcə aylıq gəlirlərini və xərclərini dəqiq müəyyən etməlidir. Gündəlik xırda xərclər belə qeyd olunarsa, pulun hara və necə xərcləndiyi aydın görünər. Təcrübə göstərir ki, bir çox ailələr maliyyə problemlərini gəlirlərinin azlığından deyil, plansız xərclərdən yaşayırlar.
Belə vəziyyətdə hər kəsin maliyyə savadlılığı vacibdir. Maliyyə savadlılığının əsas prinsiplərindən biri ehtiyacla istəyi fərqləndirməkdir. Ərzaq, kommunal xidmətlər, təhsil və sağlamlıq xərcləri ehtiyac sayılır. Dəbdəbəli alış-veriş, tez-tez restoranlara getmək və ya istifadə olunmayan əşyaların alınması isə daha çox istək xarakteri daşıyır. Qənaətcil insan alış-veriş etməzdən əvvəl özünə "Buna həqiqətən ehtiyacım varmı?" sualını verir.
Gəlirin bir hissəsi mütləq yığılmalıdır
Mütəxəssislər gəlirin ən azı 10-20 faizinin qənaət hesabına yönəldilməsini tövsiyə edirlər. Əvvəlcə pul yığmaq, sonra qalan məbləği xərcləmək daha effektiv üsuldur. Bu yanaşma gözlənilməz vəziyyətlərdə – xəstəlik, iş itkisi və ya digər fövqəladə hallarda maliyyə təhlükəsizliyi yaradır.
 

Eyni zamanda kreditlərə ehtiyatla yanaşmaq lazımdır. Hər ehtiyac üçün kredit götürmək doğru deyil. Çünki düşünülməmiş kreditlər ailə büdcəsinə ciddi zərbə vurur. Xüsusilə istehlak məqsədli kreditlər insanı uzun müddət maliyyə asılılığına sala bilər. Kredit yalnız zəruri hallarda və geri ödəmə imkanları diqqətlə hesablandıqdan sonra götürülməlidir.


Ona görə də maliyyə savadlılığı mütləq artırılmalıdır. Pulun idarə olunması bacarığı təhsil və məlumatlılıqla inkişaf edir. Maliyyə ilə bağlı kitablar oxumaq, təlimlərdə iştirak etmək, investisiya və qənaət üsullarını öyrənmək insanların gələcək rifahına müsbət təsir göstərir. Maliyyə cəhətdən savadlı insan həm pulunu daha düzgün idarə edir, həm də onu artırmağın yollarını tapır.
Qənaətcil olmaq kasıb yaşamaq demək deyil.
Əksinə, bu, mövcud resurslardan ağıllı istifadə etmək, gələcəyi düşünmək və maliyyə sabitliyi yaratmaq deməkdir. Büdcənin planlaşdırılması, lazımsız xərclərin azaldılması, müntəzəm qənaət və maliyyə intizamı hər bir insanın rifahını artıran əsas amillərdir. Pulunu idarə etməyi bacaran insan gələcəyini də daha etibarlı şəkildə qurur.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 İyun 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri