Icma.az
close
up
RU
Körpəni asan yatırtmağın QIZIL QAYDALARI

Körpəni asan yatırtmağın QIZIL QAYDALARI

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Kim Uestin məşhur amerikalı yazıçı və yuxu mütəxəssisidir. O, körpələrə yuxu tərbiyəsini inkişaf etdirmə mövzusunda mütəxəssisdir.

K. Uestin bildirib ki, körpələrin yatmasından əziyyət çəkən analar özlərini çarəsiz hiss etməsinlər. Bəs yaxşı yatmayan körpənin öhdəsindən necə gəlmək olar?

Körpələri asanlıqla yatızdırmağın yolları ilə bağlı mütəxəssisin fikirlərini sizə təqdim edirik.

Yuxu mütəxəssisi, ilk növbədə, "uşağım olsun, onu heç vaxt yelləyərək yatırtmaram", - deyən analardan bəhs edib. O bildirir ki, məhz həmin analar körpə yatmayanda az qala evin hər yerində yelləncək qururlar. Odur ki, əvvəldən danışmaq olmaz. Çünki uşaq baxımında ən çətin məsələlərdən biri onun yatmasıdır: "Uşaq ağalayarkən səbrli olun. Ən ağlağan körpə belə, orta hesabla 15-20 dəqiqəyə yuxuya gedir. Bu müddətdə ana-atalar kitab oxuyur, duş qəbul edir və ya televizora baxır. Uşaqları yuxulatdığı davranışlar sırasına yumşaq oyuncaqlarla oynamaq, barmaq əmmək, hekayə dinləmək, saçları və ya ədyalları ilə oynamaq, yellənmək və s. daxilidir. Ən əhəmiyyətli məqam odur ki, bunlardan hansının uşağı rahatlatdığını və yuxulatdığını kəşf edin. Bu, bir qızıl qaydadır. Körpə ilə nəzakətli ifadələrlə ünsiyyət qurmaq, tərif və sevgi müvəffəqiyyətin açarıdır".

Körpələri fasiləsiz yatırtmaq mümkündürmü?

Yuxu müddətində yüngül yuxu ilə dərin yuxu (REM və qeyri-REM) arasında keçid edirik. Bu keçid zamanı əslində hamımız oyanıb yastığımızı düzəldir, tualetə gedir, su içirik. Çox normal formada da yenidən yuxuya gedə bilirik. Uşaqların da oyandıqdan sonra yenidən normal yuxuya getməsi üçün uyğun mühit hazırlayın. Bunlar aşağıdakılardır:

Qaranlıq: Qaranlıq otaq uşağınızın bioloji ritmiylə uyğundur. Körpə gecə saatlarında da qidalanırsa, bunu zəif işıqda edin.

Səs-küy: Körpələr ana bətnində gurultulu bir mühitdə olurlar. Gecənin səssizliyi onlar üçün tanımadıqları bir mühitdir. Səs-küy onları rahatladır və narahatedici səsləri blok edir.

İstilik: Otaq istiliyinin 20-22 dərəcə olması idealdır.

Ekologiya: Körpənin yatağına bağlanmış səsli oyuncaqlar və otaqdakı bəzəklər ona yuxu əvəzinə oyun zamanıdır mesajını verə bilər. Yatmaq vaxtı oyuncaqları yığışdırın ki, körpənin diqqətini çəkməsin.

Körpələri yelləyərək yatırtmaq doğru üsuldur?

6 aydan kiçik olan körpələr üçün bir qorxusu yoxdur. Uşaq 6-cı ayına girdikdən sonra analar körpələrinə özlərinin sərbəst yuxuya getmələrini öyrətməlidirlər: "Körpələr 6 aydan sonra fasiləsiz 11 saat yata bilər. Bağçaya başlayan uşaqlarda gündəlik yuxu ehtiyacı 11, ibtidai sinif yaşında 10 saatdır. Yuxu saatından 1 saat əvvəl elektron cihazları bağlayın, uşağı sakitləşdirin. Sakit səs tonu ilə kitab oxuyun. Özü sərbəst yuxuya getməyi öyrənən və gün ərzində kifayət qədər yatan bir körpə hələ də gecələr oyanırsa, demək, bunun tibbi səbəbləri ola bilər".

Mütəxəssis deyir ki, hər hansı bir səbəbdən ortaya çıxan burun tıxanıqlığı da yuxu nizamına mənfi təsir edir. Tənəffüs yollarına təsir edən qrip, astma və allergiya də yuxuya təsir edən tibbi səbəblər arasındadır: "Bu səbəblər ucbatından körpə bütün gecəni yatmaq üçün rahat bir mövqe tapmağa çalışır və yerində eşələnir, ağlayır. Yuxuda nəfəs almağı çətinləşdirən başqa bir səbəb də reflüksdir. Reflüks körpənin mədə turşusunu ağzına qaytarır. Bu da boğazın, badamcıqların şişməsinə səbəb olur, nəfəs almanı çətinləşdirir. Çox uşaqda yuxusuzluq genişlənmiş badamcıqlar və ya limfadan qaynaqlanır".

Yuxu öncəsi nələr edilməlidir?

Yuxu öncəsi edilən bəzi hərəkətlər beyinə yavaşlama, yuxuya hazırlanma mesajı verir, nəticədə melatonin hormonu istehsal olunmağa başlayır. Ana-körpə arasındakı bağın güclənməsi üçün də bu baxımdan əhəmiyyətlidir. Yuxu öncəsi rituallar üçün 20-30 dəqiqə kifayətdir. Bu müddətdə 2-3 fəaliyyət reallaşdıra bilərsiniz. Bunları hər gecə mütləq eyni sıra ilə edin.

- İlıq duş

- Uşaq masajı (körpənin otağında edilməli)

- Rahatlatıcı musiqi və ya laylay söyləmək

- Əmizdirmək və ya əmzik vermək

- Qazını çıxarmaq

- Bələmək

- Qucaqlamaq

- Körpə 6 aylıq olduqdan sonra kitab oxumaq

Kim Uestin ən məşhur 5 qaydası:

- Uşağınızın yuxu nizamını nəzərə alaraq planlaşdırma edin.

- Uşağınızın yuxu nizamı ilə əlaqədar məlumatınız olsun.

- Bir uşağın yuxu nizamını yaratmaq üçün heç vaxt gec deyil.

- "Qoy ağlasın" xaricində variantlarınız olduğunu unutmayın.

- Özünüzü çox yükləməyin. Nəticədə hamımız əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

Lent.az

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri