Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

Pulu hansı sahəyə yatırmalı?

Pulu hansı sahəyə yatırmalı?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün insanların əksəriyyəti əllərində olan pulu gəlir mənbəyinə çevirmək üçün hansı sahələrə yatırım etmək haqqında fikirləşirlər. Maliyyə bazarlarının tez-tez dəyişkənliyə məruz qaldığı bir dövrdə əldə olan pulun dəyərini qorumaq və artırmaq üçün ağıllı yatırım strategiyası zərurətə çevrilir. Doğru seçilmiş investisiya alətləri yalnız gəlir gətirmir, həm də uzunmüddətli maliyyə təhlükəsizliyini təmin edir.

Ekspertlərin fikrincə, hər kəs üçün vacib bir həqiqət var. İnvestisiya emosional qərar deyil. Çünki kapitalist sistemdə bu məsələlərdə iki çətin amil var - bunlardan biri pul qazanmaq, digəri qazanılan pulu əldə saxlamaqdır.

Sərvəti qorumaq sistem və intizam tələb edir

Pul qazanmaq üçün cəsarət lazımdır, risk lazımdır, özünü ortaya qoymaq lazımdır. Amma pulu qorumaq üçün bunun tam əksi lazımdır. Pulu qorumaq üçün ilk növbədə emosional qərarlardan uzaq durmaq, riskləri düzgün qiymətləndirmək, sərvəti müxtəlif alətlər arasında bölüşdürmək, hərəkət tələskənliyini cilovlamaq və bazarın psixologiyasına uymadan strateji düşünmək vacib şərtdir. Qazanc şansdır, sərvəti qorumaq isə sistem və intizam tələb edir.

İnsanlar bəzən elə düşünürlər ki, uğur həmişə davam edəcək, bazar həmişə yüksələcək, imkanlar həmişə açıq qalacaq. Halbuki həyat da, iqtisadiyyat da göstərir ki, ən böyük yanlışlıq məhz bu düşüncədir. Heç nə davamlı deyil. Odur ki, investisiya qərarı verərkən ən vacib şey təkcə qazanc əldə etmək deyil, ayaqda qala bilməkdir. Əldə etdilən sərvət düzgün idarə olunmadıqda eyni sürətlə də əldən çıxa bilər.

Hər kəs bir şeyi bilməlidir ki, pulun ilk və əsas missiyası öz dəyərini qorumaqdır. Qazanmaq ikinci mərhələdə gəlir. Qalan hər şey risk seçiminə bağlıdır.

İnvestisiya və vəsaitlərin yerləşdirilməsi imkanları

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, əmanət faizləri vətəndaşların vəsaitlərini tam olaraq inflyasiyadan qoruya bilməsə də, böyük bir qismini neytrallaşdırır. Azərbaycan vətəndaşları vəsaitləri evdə, yoxsa bankda saxlamaq seçimi qarşısındadır. Bankda saxlamaq daha düzgün qərardır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda investisiya və vəsaitlərin yerləşdirilməsi imkanları geniş deyil. Maliyyə, səhm, qiymətli kağızlar bazarı inkişaf etməyib. Bu baxımdan, vətəndaşların vəsaitlərini evdə saxlamaq yerinə, əmanət yerləşdirmələri ən azından onların zərərini kompensasiya edir.

Evdə saxlanılan pulun dəyəri azalır

Bankda pul saxlamaq insanların maliyyə davranışını daha nizamlı edir, qənaət vərdişini gücləndirir və planlı xərcləməni təşviq edir. Banklar nəzarət olunan qurumlardır və depozitlərin əksəriyyəti dövlət tərəfindən sığortalanır. Bu isə vəsaitin oğurluq, yanğın, itki kimi risklərdən qorunmasını təmin edir. Bankda yerləşdirilən pul faiz gəliri gətirir və bu, inflyasiyanın təsirini müəyyən dərəcədə kompensasiya edir. Evdə saxlanılan pulun dəyəri azalır, bankda saxlanılan pul isə heç olmasa gəlir gətirir. Uzunmüddətli sərmayə üçün başqa yatırım vasitələri də əlavə edilə bilər, lakin əsas ehtiyat fondu və yığım bankda saxlanılmalıdır.

Daşınmaz əmlak bazarı likvid bazar deyil

Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında fürsətlər nisbidir: "Daşınmaz əmlak bazarında gəlir məsələsi bir çox amildən asılıdır. Binalar yeni inşa olunanda qiymətlər aşağı olur, tikinti başa çatdıqdan sonra isə qiymətlər artır. Vətəndaşlar bu amili qısamüddətli faydaya çevirə bilərlər. Bundan başqa, daşınmaz əmlakın harada alınması da vacib məqamdır. Rayonlarda daşınmaz əmlakın qiymətinin artması imkanları məhduddur. Vətəndaş regionda öz vəsaitlərini tikintiyə xərcləsə, hətta çəkdiyi xərcdən də aşağı qiymətə sata bilər. Çünki rayonlarda likvidlik aşağıdır. Bakı və Abşeron yarımadasında isə likvidlik rayonlara nisbətən yuxarıdır. Buna görə də, bu ərazilərdə tikintiyə xərclədiyi vəsaitlərdən daha çox mənfəət əldə edə bilər. Daşınmaz əmlak bazarı ümumilikdə, likvid bazar deyil".

Seyfdə saxlanılan pul insanları puldan ötrü çalışmağa məcbur edir

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, pul hər ay, hər rüb və ya il ərzində faiz şəklində gəlir gətirir və o pullar insanların hesabına əlavə olunur. Əldə edilən faizləri depozitin əsas məbləği üzərinə əlavə etmək olar. Bu zaman gəlirlər daha çox olacaq. Banklarda qarət ehtimalları olduqca azdır. Amma hətta belə bir hal baş verərsə, insanlar yenə də öz əmanətini itirmir. Belə ki, depozit müqaviləsi imzalanan zaman bank insanların pullarını qaytarmaq ilə bağlı öz üzərinə öhdəlik götürür və onların təhlükəsizliyinin təmin edilməsi onun borcudur, əsas vəzifəsidir: "Əgər bank iflas olarsa, dövlət sizin əmanətinizin təhlükəsizliyinin təminatçısıdır. Əmanətlərin sığortalanması sistemi məhz bundan ötrü nəzərdə tutulub. Əgər hər hansı bir təcili hal yaranarsa, insanlar əmanətlərini bankdan götürə bilərlər. Bu zaman faizlərin bir qismi itiriləcək. Amma elə əmanət növləri də var ki, əmanətin bir hissəsini itki olmadan götürmək mümkündür. Bütün sadalanan nüanslardan sonra rahatlıqla belə bir nəticəyə gəlmək olar ki, evdə, hər hansı bir suvenirdə və ya seyfdə saxlanılan pul insanları məcbur edir ki, onlar puldan ötrü çalışsınlar".

Bu məbləğlə vətəndaşın hansısa mülk alması real deyil

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yatırım etmək hər kəsin öz gələcəyini qorumaq və maliyyə imkanlarını artırmaq üçün düşündüyü addımlardan biridir. Xüsusilə də vətəndaşların əlində müəyyən məbləğdə vəsait olduqda, bu pulları necə dəyərləndirmək sualı aktuallaşır: "Əldə az məbləğ olanda "nəyə yatırım etmək olar" sualı daha çox insanları düşündürür. On min, on beş min manat böyük məbləğ hesab olunmur. Bu məbləğlə vətəndaşın ev alması və ya ilkin ödəniş etməsi real deyil. Belə halda ən məqsədəuyğun addım valyuta zənbili formalaşdırmaqdır. Bu zənbil avro, dollar, funt-sterlinq və ya İsveçrə frankından ibarət ola bilər. Valyuta zənbilinin üstünlüyü ondadır ki, bir valyutanın dəyəri enəndə, digəri qalxa bilər və bu, balans yaradaraq vətəndaşın itki riskini minimuma endirir. Qızıla yatırım etmək də mümkündür. Son aylarda qızılın qiymətində artım müşahidə edilsə də, bu bazarda kəskin enmələr də ola bilər. Bu səbəbdən qızıl uzunmüddətli saxlanıldıqda sərfəli sayılsa da, qısamüddətli dəyişkənlik investor üçün risk yarada bilər".

Daha geniş perspektivdə qızıla yatırım məqsədəuyğun hesab olunur

İqtisadçı-ekspert Razi Abbasbəyli isə bildirib ki, insanlar əsasən iki istiqamətə - daşınmaz əmlak və qızıla yatırım etməyə çalışırlar: "Azərbaycanda vətəndaşlar ən çox daşınmaz əmlaka yatırım etməyə üstünlük verirlər. Çünki daşınmaz əmlak daha az riskli hesab olunur və sabit qiymətini qorumaqla yanaşı, zaman-zaman dəyər qazanır. Bu, ən azı 30-40 il üçün planlaşdırılan uzunmüddətli investisiya formasıdır.

Daha geniş perspektivdə isə qızıla yatırım məqsədəuyğun hesab olunur. Azərbaycanda da bu tendensiya getdikcə güclənir. Qızıl nisbətən az riskli və sabit dəyər qazanan kapital forması kimi qəbul edilir. Buna görə də insanlar əsasən iki istiqamətə - daşınmaz əmlak və qızıla yatırım etməyə çalışırlar. Bu, həqiqətən də daha məqsədəuyğun sayılır".

Restoran şəbəkələrinə kiçik investisiya yatırımları artıb

Ekspert qeyd edib ki, restoran şəbəkələrinə kiçik investisiya yatırımları artıb: "Eyni zamanda, kiçik biznes subyektlərinin formalaşdırılması istiqamətində də müəyyən təşəbbüslər müşahidə olunur. Xüsusilə restoran şəbəkələrinə kiçik investisiya yatırımları artıb. Restoran sektoruna yatırım etmək potensial olaraq yüksək gəlir gətirə bilsə də, bu biznes yüksək riskli sahələrdən biri sayılır. Restoranların uğuru yalnız kapitala deyil, düzgün idarəetməyə, bazarın öyrənilməsinə və müştəri davranışının dəqiq analizinə bağlıdır. Qida sektoru iqtisadi dalğalanmalardan daha az təsirlənən sahələrdən biridir. İnsanlar həmişə yemək yeyir - bu, restoran biznesinə stabil bazar təmin edir. Restoranın uğuru 70 faiz idarəetmədən asılıdır. Buna görə də konsepsiya, seqment, rəqiblər və müştəri davranışı əvvəlcədən ölçülməlidir. Ölkədə eyni tip restoranların sayı çoxdur. Ekspertlərin fikrincə, unutmamaq lazımdır ki, konsepsiya unikallığı olmayan restoran bazarda 3-6 ay ərzində görünməz olur".

İqtisadçının sözlərinə görə, son zamanlar elektron ticarət sahəsində də aktivlik nəzərə çarpır. Məsələn, 10 min manatlıq və ya daha az məbləğlə belə elektron ticarətdə iştirakçıya çevrilmək mümkündür. Ümumilikdə, mövcud faktorları nəzərə alanda, Azərbaycanda ən təhlükəsiz və gəlirli yatırım istiqamətləri daşınmaz əmlak və qızıl hesab olunur".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see367

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see275

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see233

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see217

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see196

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see196

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see194

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see193

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see189

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see188

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see183

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see183

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see182

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see173

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see168

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see163

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see162

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see161

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see161

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri