Icma.az
close
up
RU
Mediada reklam: pulu kimə və hansı kriteriyalarla verirlər?

Mediada reklam: pulu kimə və hansı kriteriyalarla verirlər?

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda aparılan media islahatlarının əsas prinsipi peşəkar və beynəlxalq müstəviyə çıxa biləcək  jurnalistlərin, onlayn və off-layn media qurumlarının formalaşmasıdır.

Media –intellektual biznes növüdür. Burada bazar prinsipləri yaradıcılıq faktoru ilə birləşir.

Bu istiqamətdə əsas məqam ölkədə media ilə bağlı reklam bazarının yaradılmasıdır. Hazırda bu məsələdə pərakəndəlik nəzərə çarpır. Sabit bazarın yaranması üçün böyük gəlir əldə edən yerli və əcnəbi şirkətlərin bu prosesdə yerini tutması vacib məsələdir.

Lakin bu istiqamətdə ciddi uğurlar yoxdur.

1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Coca-Cola” şirkəti  ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan sayılır. “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.

Rəsmi məlumata görə, “Coca-Cola” Azərbaycanın iri vergi ödəyicilərinin siyahısında 27-ci yerdə qərar tutub.

Milli biznesdə əhəmiyyətli seqmenti təşkil edən “Coca-Cola”buna rəğmən yerli mediada reklam bazarının yaradılmasında töhfələri çox zəifdir.

Reklam bazarı şəffaf hesabatlıq tələb edir. Burada şirkətin qazancı və xərcləri aydın əks olunmalıdır. Amma təəssüf ki, açıq mənbələrdə Coca-Cola şirkətinin Azərbaycandakı illik gəliri barədə konkret maliyyə statistikası təqdim olunmur. Şirkət bu cür lokal gəlir göstəricilərini adətən açıqlamır.

Yalnız o məlumdur ki, Türkiyədə yerləşən,“Coca-Cola Azərbaycan”ın daxil olduğu “Coca-Cola İçecek A.Ş.”-ın 2023-cü il üzrə açıqladığı ümumi gəlir 3.74 milyard ABŞ dolları olub. Bu rəqəm isə təkcə Azərbaycana yox, CCI-nin bütün fəaliyyət ölkələrinə aiddir.

Məhsul həcminə gəlincə, “Coca-Cola Azərbaycan” şirkətinin 2024-cü ildə Azərbaycan bazarında ümumi satış həcmi 9.3% artıb. 2025-ci ilin ilk rübündə satış həcmi daha 13.3% artaraq 15 milyon vahid qutunu keçib.

Bəs bütün bunların müqabilində Coca-Cola Azərbaycan mediasında reklama nə qədər pul xərcləyir?

Burada da tam bir sukut: Açıq mənbələrdə Coca-Cola-nın Azərbaycandakı reklam xərcləri — məsələn, illik reklam büdcəsi və ya marketinqə ayrılan məbləğ — barədə konkret və etibarlı rəqəmlər yoxdur.

Qlobal səviyyədə, Coca-Cola şirkətinin reklam xərcləri illik təxminən 4 milyard ABŞ dolları civarındadır. Azərbaycana dair bəzi məlumatlarda reklam agentlikləri ilə aparılan görüşlər və kampaniyalardan sitatlar var, lakin bunlar da xərclərin konkret rəqəmlərini açıqlamır.

Bütün bunlara əsasən deyə bilərik ki, “Coca-Cola”-nın Azərbaycanda reklam üçün nə qədər pul xərclədiyi barədə etibarlı, rəqəmlərə əsaslanan məlumat yoxdur.

 Lakin şirkət Facebook və digər sosial şəbəkələrdə reklama pul əsirgəmir. Azərbaycandakı konkret xərclər açıqlanmasa da, “Coca-Cola” şirkətinin qlobal səviyyədə sosial şəbəkələrə (Facebook, Instagram, Twitter/X və s.) nə qədər sərmayə qoymasına dair bəzi məlumatlar mövcuddur.

Məsələn, “Coca-Cola”nın 2023-cü ildə reklam üçün dünya üzrə rekord səviyyədə- təxminən 5 milyard ABŞ dolları xərcləyib. 2017–2021-ci illərdə illik xərclər təxminən 4 milyard ABŞ dolları civarında olub.

Əgər 2019-cu ildə ümumi media xərclərinin yalnız 30 faizi  rəqəmsal platformalara yönəldilirdisə, 2023-cü ildə bu rəqəm təxminən 60 faizə yüksəlib. 2022-ci il üçün rəqəmsal marketinq xərcləri ümumi xərclərin təxminən 45 faizinə bərabər olub. Bu da təqribən 2.1 milyard ABŞ dolları deməkdir.

Bu sırada program reklamına 650 milyon dollar, mobil marketinqə 450 milyon dollar, Influencer marketinqinə 250 milyon dollar xərclənib. Ən son məlumata görə, “Coca-Cola”nın ümumi reklam xərclərinin 60 faizi rəqəmsal məzmun və kanallara yönəldilir. Bu, təxminən 3 milyard dollardır.

Bu məblğin içində sosial media reklamları (Facebook, Instagram, Twitter/X, TikTok və s.) əhatəli yer alır.

Yenə də Azərbaycan üzrə konkret rəqəmlər açıqlanmır.

 Bəs “Coca -Cola” onlyan mediada reklama nə qədər pul xərcləyir?

“Coca-Cola”nın dünyanın istənilən yerində, o cümlədən Azərbaycanda da onlayn media (social media və digər rəqəmsal platformalar) üzrə konkret reklam xərcləri barədə açıq, lokallaşdırılmış məbləğlər açıqlanmır.

Konkret platformalara (Facebook, Instagram və s.) ayrılan məbləğlər bu xərclərin əsasını təşkil edir.

Azərbaycanda Coca-Cola-nın reklam büdcəsi açıqlanmasa da, qlobal tendensiyaların burada da izlənildiyini görürük. Facebook & Instagram ölkədə əsas hədəf platformalardır. TikTok 2023-2025-ci illərdə Coca-Cola-nın yerli kampaniyalarında aktiv istifadə olunmağa başlayıb. Influencer əməkdaşlıqları son illərdə Coca-Cola-nın brend mesajlarının yayılmasında mühüm yer tutur.

Yekun nəticə nə göstərir?

Coca-Cola qlobal reklam xərclərinin 60 faizini (2023-də 3 milyard dollar) rəqəmsal mediaya yönəldir. Bu vəsaitin böyük hissəsi Facebook, Instagram və TikTok üzərindən sosial media kampaniyalarına, qalanı isə YouTube və influencer marketinqinə xərclənir.

İri şirkətlərin pul qazandıqları ölkədə yerli medianın “qan damarı” sayılan reklam bazarına dəstək olması vacib məsələdir.

Yoxsa ki, əcaib mənzərə yaranır: “Coca-Cola” qazlı suyunu bizə içirdir, bizdən qazandığı pulları xarici sosial platformalarda öz reklamına xərcləyir. “Adı sənin, dadı mənim” deyimini xatırladan bu tendensiya böyük qazanc payı olan şirkətlər üçün keçərli sayıla bilməz.

Bu gün dünyada informasiya ən qiymətli məhsul sayılır. Məlumatlar insan həyatını idarə edir, ictimai rəyi yönləndirir. Bu baxımdan Azərbaycanda güclü, yad təsirlərə ciddi müqavimət göstərə biləcək milli media ən aktual məsələyə çevrilib. Ona görə sabit maliyyə bazası, əlçatan reklam bazarının formalaşması bu müstəvinin qurlması üçün mühüm amildir.

…Dünyanın ən böyük şirkətlərindən olan “Coca- Cola” gələn il 140 yaşını qeyd edəcək. “Əkinçi” qəzetindən 10 il kiçik olan şirkət Azərbaycanda yerli reklam bazarının qurulmasında, elan edilən media islahatlarında ön sıralarda durmalıdır.

Onun kimi digər iri vergi ödəyicisi olan şirkətlər də(azpost.info)

Yeri gəlmişkən, mediada reklam bazarı əsasən bir neçə şirkətin monopoliyasındadr. Maraqlıdır, bəs bu PR şirkət adıyla dövlət və özəl şirkətlərin "reklam işi"ni quran şirkətlər hansılardır? Onlar gerçək tednerlərdə qlaib gəlirlər, yoxsa rəhbər şəxslərlə "al verim, ver gülüm" pronsipiylə işləyir, daha sonra isə bu "metod"u media  orqanlarının rəhbərləri ilə davam etdirirlər?

Mia.az-ın əldə etdiyi məlumata görə, media sektorundakı reklamlar əsasən həmin PR şirkətlərin rəhbər şəxsləri ilə dostluq, yaxud media orqanının birbaşa "yuxarı dairələr"ə bağlılıqla "paylanır".

Doğrudur, bəzən hansısa deputatın hansısa nazirliyə şəxsi xahişi ilə reklam "qapanlar" da var.

Məsələn, bu günlərdə bizimlə söhbətində mətbuat katiblərindən elə faktlar açdı ki...

Bu və ya iddialarla bağlı araşdırmalarımız olacaq. Həmçinin "Azərloteriya", "Topaz", "Azərsun" və sair kimi şirkətlərin "reklam çarxı"nın kimlərin nəzarətində necə "fırladılması"na toxunacağıq.

F.Əhməd

MİA.AZ  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see218

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see174

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see132

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see122

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see121

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri