Icma.az
close
up
RU
Pulu olmayan evlənməsin? Kredit içində üzən gənc ailələrin günahkarları

Pulu olmayan evlənməsin? Kredit içində üzən gənc ailələrin günahkarları

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bugünki cəmiyyətdə maddi dəyərlər və materialist yanaşmalar daha çox ön plana çıxır. Mağazaların "Kreditlə al, rahat ödə!" reklamları, blogerlərin dəbdəbəli həyatlarını nümayiş etdirməsi və digərləri bu tendensiyanı daha da gücləndirir. Bir çox insanın xoşbəxtlik anlayışı artıq fiziki əşyalarla ölçülür, amma bu maddi sərvətlərin bizi həqiqətən xoşbəxt edib-etmədiyini düşünməyə dəyər.

Kreditlə alınan bu xoşbəxtlik nə qədər uzunmüddətli ola bilər? Həqiqətən də arzu olunan həyat tərzi bu yolla əldə edilə bilər mi?

Bu təkliflər bəzən insanlar üçün ciddi maliyyə çətinliklərinə səbəb ola bilir. Paytaxt sakinləri, xüsusən də evlənmək kimi böyük maliyyə qərarları aldıqda kreditlərdən qaçınmağı tövsiyə edirlər. Bir çox insan toy mərasimini lüks şəkildə keçirib, sonra illərlə kredit ödəməklə qarşılaşır. "Əgər pulun yoxdursa, evlənmə, niyə məcbursan? Toydan sonra borc ödənişi başlayır" - bu cür fikirlər şəhər sakinləri arasında tez-tez eşidilir.

Milli.Az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, son statistikaya görə, Azərbaycanda kredit qoyuluşu 2025-ci ilin fevral ayına olan məlumatlarla 29 milyard 402 milyon manata çatıb. Bunun böyük bir hissəsi, yəni 17 milyard manatdan çoxu, ev təsərrüfatlarına aiddir. Bu artımın əsasən istehlak kreditlərinin artması ilə bağlı olduğunu bildirən ekspert bunun həm müsbət, həm də mənfi tərəfləri olduğunu vurğulayır. İstehlak kreditlərinin artması, xüsusən də cəmiyyətin daha çox maddi dəyərlərlə bağlı təzyiqə məruz qalması, bir çox insanların özlərini komfortlu hiss etmək üçün borca girməsinə səbəb olur.

Psixoloq Dəniz Umarova isə insanların maddi əşyalarla bağlı qərarlarının psixoloji tərəflərini izah edir. Onun sözlərinə görə, müəyyən bir əşyanın alınması insanlarda özünəinam və xoşbəxtlik hissi yaradır, həmçinin cəmiyyətdə "qəbul edilmək" istəyini gücləndirir. Lakin bu xoşbəxtlik, ümumiyyətlə, müvəqqəti olur və zamanla artan xərclər psixoloji narahatlıqlara yol aça bilər. Bəzi hallarda bu narahatlıq real problemlərdən qaçmaq və özünü təsdiqləmə ehtiyacı ilə əlaqədar meydana gəlir.

Bu vəziyyət göstərir ki, kreditlə alınan maddi əşyalar, həqiqətən, insanları xoşbəxt etməyə bilər, çünki borc və maliyyə yükü sonunda psixoloji gərginliyə səbəb ola bilər. Maddi sərvətlərin arxasında gizlənən daxili boşluqları doldurmaq isə yalnız zamanla daha böyük stresslərə səbəb olur.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri