Icma.az
close
up
RU
Pulu sürətlə qazanıb, eyni sürətlə itirən 3 bürc

Pulu sürətlə qazanıb, eyni sürətlə itirən 3 bürc

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər kəs üçün pul qazanmaq çətin ola bilər, lakin bəzi insanlar üçün əsl problem qazanmaqdan daha çox, əldə olanı qorumaqdır. Astrologiya dünyasına görə, bəzi bürclər var ki, onlar fürsətləri dərhal yaxalayır, cəsarətli addımlar atır və qısa müddətdə ciddi var-dövlət sahibi olurlar. Lakin eyni sürətlə, bəzən isə daha tez həmin vəsaiti itirməyə meyillidirlər. Bunun əsas səbəbi çox vaxt səbirsizlik, ani verilən qərarlar, riskə hədsiz maraq və planlı hərəkət etməməkdir.

Milli.Az xəbər verir ki, bu insanlar üçün pul sanki bir axındır; gəlir, artır, amma heç vaxt qalıcı olmur. Anlıq həyəcanla edilən xərclər, dərindən düşünülmədən qoyulan sərmayələr və nəzarətsiz maliyyə davranışı qazancın sürətlə əriməsinə səbəb olur. Məhz buna görə də "çox qazanır, amma heç bir yığımı yoxdur" dediyimiz şəxslər çox vaxt müəyyən bürclərin xüsusiyyətlərini daşıyırlar.

Pulu idarə edə bilməməyin sirri: Səbirsizlik və risk

Bəzi insanlar pul qazanma mövzusunda fitri istedada malikdirlər. Onlar riskdən çəkinmir və fürsətləri hər kəsdən əvvəl görürlər. Lakin iş həmin pulu idarə etməyə gəldikdə, eyni uğuru təkrarlaya bilmirlər. Bu bürclərin ən böyük ortaq cəhəti maliyyə qərarlarını duyğularına və anlıq motivasiyalarına görə vermələridir. Planlı hərəkət etmək əvəzinə, "bu gün qazanım, sonrasına baxarıq" məntiqi ilə irəliləyirlər. Bu yanaşma qısa müddətdə pul gətirsə də, uzun vədədə ciddi itkilərlə nəticələnir. Onlar üçün gözləmək çox çətindir; yatırımın böyüməsini gözləmək əvəzinə, dərhal nəticə görmək istəyirlər.

Qoç bürcü: Cəsur addımlar və nəzarətsiz xərclər

Qoç bürcü pul qazanmaq məsələsində ən çevik bürcdür. Sahibkarlıq ruhu güclü olduğu üçün çoxunun cəsarət etmədiyi işlərə girib qısa zamanda böyük məbləğlər qazana bilər. Lakin Qoç üçün əsas məsələ "qazanmaq" prosesidir, pulu qorumaq isə onun üçün darıxdırıcıdır. Qazandığı pulu planlamaq əvəzinə, anlıq istəklərinə qurban verir. Xüsusilə qazancdan sonra yaranan həddindən artıq özgüvən onun risk iştahasını daha da artırır və tək bir yanlış qərarla bütün qazancını itirməsinə səbəb olur.

Əkizlər bürcü: Zəka var, amma diqqət dağınıqdır

Əkizlər bürcü zəkası və güclü ünsiyyət qabiliyyəti ilə pulu hardan tapacağını yaxşı bilir. Fərqli sahələri eyni anda izləyib fürsətləri dərhal dəyərləndirir. Lakin Əkizlər üçün davamlılıq ən böyük problemdir. Bir işə böyük həvəslə başlayıb qısa sürede gəlir əldə etsə də, tezliklə marağını itirir. Diqqəti daha cazibədar görünən başqa bir sahəyə yönələn kimi əvvəlki qazanc mənbəyi zəifləyir. Eyni anda bir neçə işlə məşğul olmağa çalışmaq onun gəlirlərinin böyümədən yox olmasına gətirib çıxarır.

Oxatan bürcü: Böyük hədəflər və plansız itkilər

Oxatan bürcü maliyyə məsələlərində ən risksevər və cəsurdur. O, kiçik qazanclarla kifayətlənmir, həmişə böyük hədəflərin arxasınca qaçır. Bəzən bəxti və cəsarəti sayəsində inanılmaz məbləğlər qazansa da, sərhəd tanımaması onun sonunu gətirir. Oxatan üçün bütcə planlamaq və ya xərcləri qeyd etmək çox sıxıcı bir işdir. Azadlığına düşkün olduğu üçün pulu sadəcə bir vasitə kimi görür və onu səyahətlərə, ani qərarlara və riskli layihələrə düşünmədən xərcləyir. Nəticədə, böyük ümidlərlə gələn pullar eyni böyüklükdə olan itkilərlə əvəzlənir.

Bu üç bürcün uğursuz olduğunu demək olmaz, əksinə, onlar pul qazanmağı çox yaxşı bacarırlar. Əsas məsələ maliyyə balansını qoruya bilməkdir. Qoçlar böyük xərclərdən əvvəl bir müddət gözləməyi, Əkizlər tək bir işə fokuslanmağı, Oxatanlar isə risklərini limitləməyi öyrənsələr, sürətlə gələn pulun eyni sürətlə getməsinin qarşısını ala bilərlər.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 May 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri