Icma.az
close
up
RU
Pulumuzu süni intellekt xərcləsə, nə baş verər? Eksperiment

Pulumuzu süni intellekt xərcləsə, nə baş verər? Eksperiment

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da fəaliyyət göstərən Anthropic şirkəti maraqlı bir eksperiment keçirib. Təcrübə çərçivəsində süni intellektə insan adından pul xərcləmək və alış-veriş razılaşmaları bağlamaq imkanı verilib. Nəticələr göstərib ki, süni intellekt ticarət aparmağı bacarsa da, verdiyi qərarlar hər zaman məntiqə uyğun olmur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, eksperiment üçün xüsusi olaraq “Project Deal” adlı virtual ticarət platforması yaradılıb. Burada süni intellekt agentləri şirkət əməkdaşlarını təmsil edərək onların adından məhsul alıb-sata biliblər. Ümumilikdə 69 əməkdaş təcrübədə iştirak edib və hər birinə 100 dollar büdcə ayrılıb. İştirakçılar satışa müxtəlif məhsullar – klaviatura, lampa, snoubord və tennis topları kimi əşyalar çıxarıblar.

Eksperiment zamanı Claude modeli əvvəlcə istifadəçilərlə “ünsiyyət quraraq” onların nə satmaq və nə almaq istədiyini, həmçinin qiymət gözləntilərini öyrənib. Daha sonra isə süni intellekt agentləri bir-biri ilə müstəqil şəkildə danışıqlar apararaq alqı-satqı razılaşmaları bağlayıblar.

Təcrübə ərzində 500-dən çox məhsul üzrə ümumilikdə 186 razılaşma həyata keçirilib. Şirkət bu nəticələrin süni intellektin gələcəkdə insanın rəqəmsal nümayəndəsi kimi marketpleyslərdə istifadə oluna biləcəyini göstərdiyini bildirib.

Bununla belə, nəticələr birmənalı olmayıb. İştirakçılar bağlanan razılaşmaların ədalətliliyini orta səviyyədə qiymətləndiriblər və bəzi qərarlar olduqca qəribə görünüb. Məsələn, süni intellekt agentlərindən biri satmalı olduğu eyni snoubordu yenidən özü alıb.

Şirkət nümayəndələri bildiriblər ki, bu hələlik tam formalaşmış biznes modeli deyil, daha çox eksperimental yanaşmadır. Bununla belə, nəticələr göstərir ki, gələcəkdə süni intellekt ticarət və maliyyə qərarlarının bir hissəsini öz üzərinə götürə bilər.

Ekspertlər isə diqqətə çatdırırlar ki, bu sahədə ciddi risklər də mövcuddur. Hazırda süni intellektin maliyyə əməliyyatları zamanı fəaliyyətini tənzimləyən aydın hüquqi mexanizmlər yoxdur və bu cür avtomatlaşdırma gələcəkdə həm istifadəçilər, həm də bazar üçün yeni problemlər yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri