Icma.az
close
up
RU
Pünhan Piriyev: “Nəfəs dizini yerə qoydu, sırğasını götürdülər, saçlarını yoldular”

Pünhan Piriyev: “Nəfəs dizini yerə qoydu, sırğasını götürdülər, saçlarını yoldular”

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Səhnə müğənni, səhnəyə aid adamlar üçündür. Məsələn, futbol oyunu keçirilən zaman stadionda kim olur? Azarkeşlər buraxılır stadiona? Səhnə də müğənninin meydanıdır. Səhnəyə kənar şəxslər olmaz. Dörd mühafizəçi, eyni zamanda, orada obyektin işçiləri vardı. Video görüntülərdə də hamısı var. Əlavə olaraq da 3 bloqer də vardı, onlar da açılışa görə gəlmişdilər. Onlar da social şəbəkədə üzərindən canlı yayım açmışdılar. Nəfəs xanımla səhnədə idik. Çıxış üçün nəzərdə tutulan yerin altı da taxtadan yığılıb. Səhnə aşsa, avadanlıqları kənara qoyuram, onlar düzələndir, insan xəsarəti qaçılmazdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında müğənni Pünhan Piriyev deyib.
Onun sözlərinə görə, səhnədə Nəfəsi elə dartıblar ki, dizini yerə qoymalı olub: “Qızlar aşağı dartırdılar, sırğası düşdü, götürdülər, saçlarını yoldular... Nəfəsi o qədər sevməyin nə mənası var ki, yıxıb yerə onun qulağından sırğanı qoparırsınız? Bu sevgi deyil, hörmətsizlikdir. Səhnədə ayaq üstündə oxumalıdır, dizini niyə yerə qoyub oxusun ki?! Mənim də pencəyimin sağ qolu cırıldı. Söhbət burada pencəkdən, sırğadan getmir... Sadəcə, sevginin də həddi var, ziyan vermək olmaz. Bir az aqressiyalı danışmışam, bəli, amma mikrofonda vətəndaşlara müraciət etsəydim, bu, tamam yanlış olardı. Mikrofonsuz üzümü səhnənin arxasına çevirib, səhnədə dayananlarla danışdım. Üzümü vətəndaşlara tutub müraciət kimi deməmişəm. Milyon açılışa getmişəm, mühafizəçi görməmişik, mühafizəyə ehtiyacımız yoxdur. Kimi kimdən qoruyuruq ki?! Dünya səviyyəsində belə bir şey var ki, açılışa məşhurlar gəlir, amma belə “toy axşamı” kimi olmur. Mərasimdə qayçı, lent gətirilir, kəsilib xeyir-dua verilir. Şirinlik olsun deyə canlı mahnı oxuna bilir. Obyekt sahibi belə olmağını istəmişdi, şəxsi fikri idi, biz də razılaşıb gəlmişdik. Belə pis çıxmasın, 2000 manat açılışa pul almışdıq, orada 1000 manatlıq kostyum getdi”.
P.Piriyev, onun xeyir işinin şəkillərinin yayıldığı üçün əsəbi olduğunu və bu səbəbdən kobud davrandığını deyənlərlərə münasibət bildirib: “Sadəcə, sosial şəbəkədə paylaşıb xahiş etmişdim ki, mənə hörmətiniz varsa, şəxsi günümlə bağlı şəkilləri silin. Hansısa jurnalistlə aqressiyalı formada danışmamışam ki, niyə bu şəkli paylaşmısınız? Şəkilin yayılması məsələsinin bu məsələyə aidiyyatı yoxdur. Söhbət şəxsiyyətdən getmir, sənətə dəyər vermək lazımdır. Orada video görüntülərdə də var ki, səhnədən  düşüb maşına gedənədək yaşlı qadınlar, uşaqlarla necə şəkil çəkdiririk, çiynimdə körpə uşaqla gəzmişəm. Hətta birinin yaxınının ad günü idi, onu video müraciətlə təbrik də etmişəm. Heç bir sənət yoldaşımın haqqında mənfi fikirdə olmamışam, mənfi müraciət, paylaşım etməmişəm. Bu halı bilə-bilə tənqid edən məşhur simaların hərəkətinə nə deyə bilərəm ki? Kim edibsə yəqin fikri, düşüncəsi ora qədərdir, elə də danışıb”.
Xatırlatma: Müğənni Pünhan Piriyevin Sumqayıtda yerləşən ticarət mərkəzinin qarşısında çıxışı zamanı onunla şəkil çəkdirmək istəyənləri səhnədən kobudcasına uzaqlaşdırması tənqidlərə səbəb olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri