Icma.az
close
up
RU
Püşk dəyərləndirməsi: “Qarabağ”ın mərhələni keçəcəyinə şübhəm yoxdur”

Püşk dəyərləndirməsi: “Qarabağ”ın mərhələni keçəcəyinə şübhəm yoxdur”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri məlum olub.

“Qarabağ” Çempionlar Liqasında “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi, “Sabah” Avropa Liqasında “Çelye” (Sloveniya), “Zirə” Konfrans Liqasında “Hayduk” (Xorvatiya) və “Araz-Naxçıvan” Konfrans Liqasında “Aris” (Yunanıstan) komandası ilə qarşılaşacaq.

Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında rəqibləri dəyərləndirdi:

“Qarabağ”ı bilirsiniz, daim yaxşı nəticələrlə ölkəni təmsil edib və ilk mərhələləri adlamağı bacarıb. Düzdür, rəqiblər çətinlik yarada bilər. İrlandiyaya səfərin uzaqlığı, süni örtüklü meydança, rəqiblərin fərqli futbol oynaması qeyd edilməlidir. Amma “Qarabağ”ın mərhələni keçəcəyinə şübhəm yoxdur.

“Zirə” üçün çətin rəqib düşüb. “Hayduk” Xorvatiyanın adlı-sanlı komandasıdır. Amma “Zirə”nin son illərdə sərgilədiyi futbol, məzmunlu oyunu tapması ümid verir. İnanıram ki, onlar mərhələni keçməyə qadirdir. İndiki məqamda şansları bərabər hesab edirəm.

“Sabah”ın rəqibi adlı-sanlı olmasa da, ötən il Konfrans Liqasında 1/4 finala çıxmaları güclərindən xəbər verir. “Sabah”da hazırda məşqçi məsələsi qeyri-müəyyəndir və bu, problem yarada bilər. Amma yenə də şanslar var.

“Araz-Naxçıvan”ın rəqibi də zəif deyil. Düzdür, “Olimpiakos” kimi güclü komanda deyillər, amma Yunanıstanın ortabablarındandır. “Araz-Naxçıvan”ın beynəlxalq təcrübəsi olmamasına baxmayaraq, heyət və komanda oyunu onlara da şans verir.

Hər bir halda, bütün rəqibləri təhlil etmək və oyunlara yaxşı hazırlaşmaq lazımdır. Komandalarımıza uğular arzu edirəm”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri