Icma.az
close
up
RU
Putin Abbasovu Azərbaycana göndərməyə bilər… KONKRET

Putin Abbasovu Azərbaycana göndərməyə bilər… KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində R.Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Məlumdur ki, Abbas Abbasov uzun illərdir Rusiya vətəndaşıdır və bu ölkədə yaşayır. Belə olan halda qanunla Abbasovun Azərbaycana gətirilməsi mümkündürmü?

Mövzunu KONKRET.az-a vəkil Turan Abdullazadə şərh edib:

“Əgər Abbas Abbasov Rusiya Federasiyasının vətəndaşıdırsa, bu zaman əsas hüquqi maneə ortaya çıxır. Rusiya Federasiyasının Konstitusiyası və digər qanunvericilik aktlarına əsasən, Rusiya Federasiyası öz vətəndaşlarını xarici dövlətlərə ekstradisiya etmir. Rusiya vətəndaşıdırsa, o zaman Azərbaycana ekstradisiyası praktik olaraq mümkün deyil. Hətta ağır cinayətlər üzrə belə Rusiya bu mövqedən geri çəkilmir. Burada əsas məsələ Rusiya Federasiyasının öz daxili təşəbbüsü və Azərbaycan Respublikasına bununla bağlı yardım edib-etməyəcəyidir. Yəni, Rusiya istərsə, Abbas Abbasovun təhvil verilməsi təmin oluna bilər.

Lakin aşağıdakı hallarda nəzəri imkan yarana bilər:

— Abbas Abbasov Rusiya vətəndaşlığından çıxarılarsa;
— Və ya üçüncü ölkəyə səfər edərsə (məsələn, Türkiyə, Avropa ölkəsi) və orada saxlanılarsa;

— və Həmin ölkələr ilə Azərbaycanın ekstradisiya müqaviləsi varsa;

Praktikada çox vaxt belə hallar üçün “beynəlxalq axtarış” (Interpol Red Notice) elan edilir və şəxs üçüncü ölkədə saxlanılır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri