Icma.az
close
up
RU
Putin Aİİnin “özüözünü təmin edə bilməsinə” işarə edib O nəyə eyham vurur? Zorakı SSRİ 2ni “xortlatmağamı”??

Putin Aİİnin “özüözünü təmin edə bilməsinə” işarə edib O nəyə eyham vurur? Zorakı SSRİ 2ni “xortlatmağamı”??

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Leninqrad vilayətində Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası keçirilir. Hansı ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kremlin iclasda zorakı iştirak məcburiyyətindən qurtulmaq üçün “kovidə yoluxma” bəhanəsini ortaya atdı. Ptinin caynağından qurtuluş yolunu Paşinyan bu cür tapdı.

İclasda Putin qısa giriş nitqi ilə çıxış edib. O, xüsusilə qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı yaranmaqda olan çoxqütblü dünyanın “müstəqil və özünü təmin edən” mərkəzlərindən biri kimi özünü təsdiqləyib və dinamik inkişaf etməkdə davam edir. Rusiya prezidenti xatırladıb ki, Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sazişin bu il on yaşı tamam olur.

Tədbir iştirakçıları arasında Ermənistanın baş naziri Nikol Paşinyan (uzaqdan), Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın başçısı Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov da var. Əvvəllər Moskvada Aİİ-nin populyarlaşdırılması çağırışı olub.

Putin daha sonra Aİİ-ni, onun nailiyyətlərini və üzv ölkələrin vətəndaşları üçün imkanlarını daha fəal şəkildə təbliğ etmək, insanların gedən inteqrasiya prosesləri haqqında etibarlı məlumatlara geniş çıxışını təmin etmək, həmçinin Avrasiya inteqrasiya konturunda turizmin inkişafına qlobal miqyasda yardım etmək lazım olduğuna dair fikir bildirib.

Bu məqamda bir neçə nüans maraq doğurur: Putin, “Avrasiya İqtisadi İttifaqı yaranmaqda olan çoxqütblü dünyanın “müstəqil və özünü təmin edən” mərkəzlərindən biri kimi özünü təsdiqləyib və dinamik inkişaf etməkdə davam edir” sözləri nəyə eyham vurur? O, bununla post-sovet ölkələrinə başqa ittifaqlara meylə etməməyi, buna həvəslənməməyi diqtə edir?

İkinci nüans, Putinin daha sonra Aİİ-ni tərifləməsi, “onun nailiyyətlərini və üzv ölkələrin vətəndaşları üçün imkanlarını daha fəal şəkildə təbliğ etmək”, “insanların gedən inteqrasiya prosesləri haqqında etibarlı məlumatlara geniş çıxışını təmin etmək”, “həmçinin Avrasiya inteqrasiya konturunda turizmin inkişafına qlobal miqyasda yardım etmək lazım olduğuna” dair fikir bildirməsi nə anlama gəlir? Putin demək istəyir ki, heç yana qaçmayın, bizdən canınızı qurtarmağa çalışmayın, əldəqayırma Aİİ-nin “nailiyyətlərini və üzv ölkələrin vətəndaşları üçün imkanlarını” öz vətəndaşlarınıza özünüz təbliğ edin, yalan danışın, insanlarınızı sürükləyib Aİİ-nin dar halqası içində qalmağa razı edin? “İnsanların gedən inteqrasiya prosesləri haqqında etibarlı məlumatlara geniş çıxışını təmin etmək” nə deməkdir? Aİİ-nin içində hansı inteqrasiya prosesi gedə bilər? “Avrasiya inteqrasiya konturunda turizmin inkişafına qlobal miqyasda yardım etmək lazım olduğu” nə deməkdir? İclasda iştirak edən ölkələrin prezidentinə göstərişdir ki, əhalinizə Aİİ sərhədlərindən kənarda turist səfərlərinə imkan verməyin?

Putinin iştirakçı ölkələrin rəhbərlərinə bu “məsləhətvari göstərişi” daha çox diqtə və əmrə oxşayır. Ukraynada iki günə qələbə ümidi ilə girən Rusiyanın şişirdilmiş superdövlət imici yerlə yeksan olub. YouTube platformasında Qazaxıstanın Aktau şəhərində baş vermiş AZAL təyyarəsinin uğradığı aviaqəzanın analizləri quşlarla toqquşma ehtimalını istisna edir. Dünyanın “The Times” və “The Wall Street Journal” kimi nəşrləri bu qəzaya quş toqquşmasının səbəb olmadığını yazırlar. Bu fonda Putinin öz ölkəsini “izqoy” durumuna salması və digərlərini də bir yığın yalan-palanla Aİİ-nin “nailiyyətlərinə, bu naliyyətlərin təbliğ edilməli olduğuna, insanları Aİİ içində gedən inteqrasiya prosesi haqda saxta təbliğata inandırmaq istəməsi ikrah doğurur. Tramp Co Baydeni istehza ilə “Yuxulu Co” adlandırırdı. Tam mümkündür ki, performasında baş verən axsamalaronun  yaşı ilə də əlaqədar idi. Amma Putin də gənc deyil. Yəqin ki, onun dediklərini yaşlanmasının nəticəsi kimi dəyərləndirmək olar.

Bizə gəlincə isə Putinin saxta cənnətindən-Aİİ və onun kimilərdən qopmalıyıq. Həm də gec olmadan... Putinin ölkəsinin yuvarlandığı quyuya düşməməliyik...

Ülviyyə, Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri