Icma.az
close
up
RU
Putin Avropanı hərbi güc tətbiqi ilə hədələdi “Rusiyanın cavab tədbirləri gecikməyəcək və çox inandırıcı olacaq”

Putin Avropanı hərbi güc tətbiqi ilə hədələdi “Rusiyanın cavab tədbirləri gecikməyəcək və çox inandırıcı olacaq”

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 2-də Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edərək Avropada gedən hərbiləşmə prosesinə sərt münasibət bildirib. 

Onun sözlərinə görə, Almaniya və digər ölkələr öz ordularını gücləndirməyə çalışır və bu, Rusiyanı adekvat addımlar atmağa məcbur edir.

“Almaniya, məsələn, yenidən Avropanın ən güclü ordusuna malik olmaq niyyətindədir. Biz bunu diqqətlə izləyirik. Heç kimdə şübhə olmasın ki, Rusiyanın cavab tədbirləri gecikməyəcək və çox inandırıcı olacaq. Amma bu cavabdır, biz özümüz heç vaxt hərbi qarşıdurmanı başlamamışıq”, – deyə Putin vurğulayıb

Putin bir daha bəyan edib ki, Ukraynadakı müharibənin uzanmasının əsas məsuliyyəti Avropa ölkələrinin üzərindədir: “Döyüşlərin dayandırılması hələ ki mümkün olmayıb. Bunun məsuliyyəti əksəriyyətin yox, azlığın – ilk növbədə Avropanın üzərindədir. Onlar daim eskalasiyanı gücləndirirlər. Avropanın siyasi elitaları ruslarla müharibə qapımızdadır deyə isteriya yaradır, bu yalanı təkrar-təkrar gündəmə gətirirlər”.

Son aylarda Avropa İttifaqı ölkələrinin hava məkanında naməlum PUA-ların peyda olması, habelə kritik infrastruktur obyektləri üzərində uçuşların qeydə alınması təhlükəsizlik müzakirələrini gücləndirib. Oktyabrın 1-də Kopenhagendə keçirilən Aİ sammitində “dron divarı” layihəsi müzakirə olunub və bir sıra ölkələr bu təşəbbüsü dəstəkləyib.

Moskva isə bu hadisələrin fonunda NATO ilə münasibətlərin daha da gərginləşdiyini bildirir. Putin Valday tribunasından bəyan edib ki, Rusiya əslində yalnız Ukrayna ordusu ilə yox, bütün NATO bloku ilə müharibə aparır: “Biz illərdir təkcə Ukrayna Silahlı Qüvvələri ilə yox, demək olar ki, bütün NATO ilə vuruşuruq. Bunu ‘kağız pələng’ adlandırmaq olarmı? Onda NATO-nun özü nədir?”, – deyə o, Donald Trampın “Rusiya kağız pələngdir” sözlərinə cavab verib.

Eyni gün Kopenhagendə Danimarka hökumət başçısı ilə görüşən Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, 2025-ci ildə Rusiya müəyyən uğurlar qazansa da, onların qarşısını almaq üçün sanksiyalar daha da sərtləşdirilməlidir. “Biz sanksiya paketlərini gücləndirməli, xüsusilə neft və neft məhsullarının ticarətinə qarşı maksimum tədbirlər görməliyik. Rusiya məcbur ediləcək ki, müharibəni dayandırsın”, – Zelenski vurğulayıb.Putin çıxışında ABŞ ilə münasibətlərə də toxunub. Onun sözlərinə görə, Donald Tramp administrasiyası açıq və “lazımsız ikiüzlülük olmadan” maraqlarını ifadə edir. Bayden dönəmində heç bir təmas olmadığını xatırladan Rusiya lideri, Trampın yanvar ayında Ağ Evə qayıdışından sonra artıq bir neçə telefon danışığı və Alyaskada rəsmi görüşün keçirildiyini bildirib.

Tramp tez-tez müharibənin tezliklə başa çatması üçün Rusiya ilə dialoqa ehtiyac olduğunu desə də, son vaxtlar Putinə qarşı narazılığını gizlətmir. O, dəfələrlə Rusiyanı “kağız pələng” adlandırıb.

ABŞ-nin Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri göndərməsi ilə bağlı sualı cavablandıran Putin qeyd edib ki, bu silahlar qüvvələr nisbətini dəyişməyəcək: “Onlar vurulacaq. Amma belə silahların Ukraynaya verilməsi Rusiya-ABŞ münasibətlərinə ciddi zərbə vuracaq”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens sentyabrda açıqlamışdı ki, “Tomahawk” raketlərinin göndərilməsi məsələsi müzakirə olunur və son qərar Prezident Trampın səlahiyyətindədir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri