Radiasiya sızıntısı olarsa, hansı addımlar atılmalıdır? Hərbi ekspertdən AÇIQLAMA
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Son günlər İranda baş verən etiraz aksiyaları fonunda ABŞ rəsmi Tehranı hədələməyə başlayıb. Bu səbəbdən bir çox analitiklər İrana yeni hərbi müdaxiləni istisna etmirlər. Bəzi məlumatlara görə, İrana qarşı mümkün hərbi müdaxilə zamanı nüvə obyektləri yenidən hədəfə alına bilər. Hətta bəziləri İranın nüvə silahı ilə vurulacağını da ehtimal edirlər.
Bəs bu ehtimal nə dərəcədə doğrudur? İrana nüvə bombası atılarsa və ya bu ölkədəki nüvə obyektlərinə zərbə vurularsa, yayılan radiasiyanın Azərbaycana təhlükəsi varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirdi ki, Amerika ilə İran arasında vəziyyət son dərəcə gərgindir və iddialar var ki, Amerika İrana, xüsusilə onun nüvə obyektlərinə zərbələr endirə bilər:
"Nəzərə almaq lazımdır ki, İsraillə İran arasında baş vermiş 12 günlük müharibənin son günündə Amerika İranın nüvə obyektinə zərbə endirdi. Lakin nüvə obyektinin daha dərində yerləşməsi və bombanın ora çatmaması radiasiya sızıntısına gətirib çıxarmadı. Amma biz bilmirik ki, İranın bütün nüvə obyektləri eyni formada qorunur, yoxsa yox. Ona görə də, əgər İranda nüvə obyektlərinə zərbələr endirilərsə və bu zərbələr nəticəsində həmin obyektlərə ciddi zərər dəyərsə, bu, radiasiya sızıntısına gətirib çıxara bilər. Hesab edirəm ki, radiasiya sızıntısı bütün region ölkələri üçün problem yaradacaq. Hətta araşdırmalar göstərir ki, Çernobıldakı atom qəzası zamanı onun radiasiya dalğalarından biri Azərbaycana qədər gəlib çatmışdı. Yəni burada hava axınları və digər amillər çox ciddi əhəmiyyət kəsb edir.
Ona görə də indiki mərhələdə radiasiya təhlükəsinin olub-olmaması və əgər radiasiya olarsa, bunun Azərbaycana təsirinin necə olacağını hesablamaq lazımdır. Məsələn, 12 günlük müharibə zamanı və ondan sonrakı dövrdə azərbaycanlı mütəxəssislər İran sərhədinə yaxın istiqamətlərdə mütləq şəkildə radiasiya səviyyəsini ölçürdülər ki, ümumiyyətlə radiasiya varmı, yoxsa yoxdur, səviyyəsi nə qədərdir və hər hansı problem yaranıbmı, yəni Azərbaycan bu məsələni hər halda düşünür və hesablayır. Əgər Azərbaycan bunu düşünürsə, hesab edirəm ki, belə bir riskin mövcud olma ehtimalı var və bütün hesablamalar onu göstərir ki, radiasiya Azərbaycana da təsir edə bilər".
Müsahibimiz əlavə edti ki, Azərbaycanda radiasiyaya qarşı sığınacaqların olub-olmaması, onların hansı vəziyyətdə olması ümumiyyətlə sual altındadır.
"Avropa ölkələrində, məsələn, bu tip hallarda əhali dərhal apteklərdən radiasiya əleyhinə dərmanlar alır. Amma bu dərmanların nə qədər effektiv olduğu da sual doğurur. Düşünürəm ki, əleyhqazlar ümumiyyətlə bu tip məsələlərdə o qədər də ciddi rol oynamayacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin sayı kifayət qədər çoxdur və bu sayda əleyhqazın təmin edilməsi ümumiyyətlə mümkünsüz görünür. Əslində dünyanın heç bir ölkəsi bu tip məsələləri əleyhqazlar vasitəsilə həll edə bilmir və edə də bilməz. Ona görə də indiki mərhələdə hesab edirəm ki, profilaktik tədbirlərə və əhalinin maarifləndirilməsinə ehtiyac var. Amma açığı, biz bu cür tədbirlərin görüldüyünün şahidi olmuruq. Ola bilsin ki, Azərbaycan bunu ona görə etmir ki, belə addımlar İran tərəfini narahat edə bilər və sual yarana bilər ki, Azərbaycanın hansısa xüsusi informasiyası varmı ki, radiasiya ilə bağlı əhali arasında iş aparır.
Amma hesab edirəm ki, bunlar indiyə qədər həyata keçirilməli idi ki, insanlar bilsinlər ki, əgər radiasiya sızıntısı olarsa, hansı addımlar atılmalıdır. Düşünürəm ki, təkcə Azərbaycan cəmiyyəti yox, bir çox ölkələr bu məsələyə indiyə qədər qeyri-ciddi yanaşıblar. Ümumiyyətlə, bir çox ölkələrdə bu problem lazımi səviyyədə nəzərə alınmayıb və problem yarandığı təqdirdə vəziyyətdən necə çıxılacağı ciddi şəkildə hesablanmayıb. Ona görə də indiki mərhələdə “hansı addımlar atılacaq, hansı addımlar atılmalıdır” sualından daha çox, hesab edirəm ki, “indiyə qədər hansı addımlar atılmalı idi və niyə atılmayıb” sualı üzərində düşünməliyik. Profilaktik olaraq müəyyən dərmanlar, müəyyən ehtiyatlar və qapalı ərazilər nəzərdə tutulur. Amma bunların həcmi, tətbiqi və effektivliyi ilə bağlı suallara açıq-aydın cavab vermək hazırda o qədər də asan deyil", - deyə Səxavət Məmməd bildirdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Yanvar 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















