Icma.az
close
up
RU
Putin çöküş ssenarisini yazır: Çinin də gözü yoldadır

Putin çöküş ssenarisini yazır: Çinin də gözü yoldadır

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna savaşı və Rusiya ətrafında yaranmış indiki situasiyanın yaxın gələcəkdə Kremlin əleyhinə bir neçə ssenari üzrə inkişaf edə biləcəyi ehtimal olunur... Əgər, tezliklə sülh olmasa, 2030-cu ilə qədər Rusiyanın nüvə silahından istifadə cəsarətindən məhrum, hətta öz sərhədlərini belə, qorumaq imkanları məhdudlaşmış nəhəng coğrafi areala çevriləcəyi iddia edilir...

Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı uzandıqca, Qərb siyasi dairələrində Rusiyanın faciəvi sonluğu barədə versiyalar daha intensiv müzakirə olunur. ABŞ prezidentinin keçmiş müşaviri, amerikalı tədqiqatçı-strateq Tomas Qrem Kreml “tam qələbə”də israr etdikcə, Rusiyanın uzunmüddətli tükəndirmə savaşında hərbi-siyasi və iqtisadi gücünü itirəcəyini iddia edib. Onun fikrincə, Rusiya 2030-cu illərin ortalarınadək, hətta böyük nüvə arsenalını qorusa belə, “böyük güclər içində ən zəif bəndə” çevrilə bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda Kremlin ətrafında yaranmış belə qəliz situasiyada Rusiyanın gələcək taleyi ilə bağlı Tomas Qremin iddiaları indi daha böyük maraq doğurur. Çünki onun fikrincə, prezident Vladimir Putinin yerində başqa sağlam düşüncəli strateq olsaydı, Ukraynada simvolik qələbə elan edib, müharibəni mütləq dayandırardı. Ona görə ki, Kreml sahibinin “tam qələbə” israrı Rusiyanın hərbi və iqtisadi resurslarını "yeyir", manevr sahəsini daraldır.

Ona görə də, Ukrayna savaşının uzanması Rusiyanın deyil, məhz onun mövcud və potensial rəqiblərinin xeyrinədir. ABŞ və Avropa Birliyi minimum xərclə Rusiyanın hərbi potensialını zəiflətməyə nail olur. Potensial rəqiblərin sırasına daxil olan rəsmi Pekin isə Rusiyanın iqtisadi‑texnoloji və geopolitik istiqamətlərdə Çindən asılılığının artmasından tamamilə məmnundur.

Avropa Birliyi hərbi-siyasi cəhətdən daha sıx birləşir müdafiə qabiliyyətini artırır. Bu isə Rusiyanın yaxın çevrəsində sərt güc oyununu Kreml üçün daha da riskli edir. Ona görə də, Qərbdə hesab edirlər ki, növbəti onilliyin ortalarında Rusiya yeganə ciddi üstünlüyü – nüvə arsenalı istisna olmaqla, böyük güclər arasında "ən zəif halqa"ya çevrilə bilər. Hər halda, hazırda Kremlin məhkum qaldığı müharibə iqtisadiyyatı Rusiyada mülki sərmayəni sıxışdırır, innovasiyanı zəiflədir.

Digər tərəfdən, Kremlə qarşı texnoloji məhdudiyyətlər, eləcə də, sanksiyalar və ixrac nəzarətləri Rusiyada iqtisadi keyfiyyət standartlarını da sıradan çıxarır. Müttəfiqlik defisiti isə Rusiya diplomatiyasının manevr sahəsini daraldır. Enerji satışında qiymət endirimləri, məhdud alıcı çevrəsi və alternativ ödəniş sistemləri Kreml üçün ciddi maliyyə-iqtisadi kollaps yaradır.

Rusiyanın tükənmə prosesi ABŞ və Avropa Birliyi ilə yanaşı, Çin də ciddi şəkildə maraqlıdır. Çünki rəsmi Pekin “kiçik tərəfdaş” Rusiyaya İkitərəfli gündəmi daha rahat diktə edəcək, Mərkəzi Asiya və Arktik marşrutlarında Çinin hegemoniya rıçaqları artacaq. Ukrayna savaşı ABŞ və Qərbin resurslarını Avrasiya cəbhəsində saxlayaraq, rəsmi Pekinə Hind‑Sakit okean arealında əlavə vaxt qazandırır.

Rusiyanın dünya bazarlarından təcrid olunması rəsmi Pekinə neft‑qaz, kömür, metallarda aşağı qiymətlər təmin edir və Çin sənayesinin xərc bazasını ciddi şəkildə azaldır. Qərb şirkətlərinin çəkilməsi fonunda Çin brendləri Rusiya bazarında olduqca böyük iştirak payı qazanır. Və bu baxımdan, rəsmi Pekin üçün hazırda narahat ola biləcəyi əsas problem Rusiya ilə iqtisadi-ticari münasibətlər ucbatından məruz qalacağı sanksiyalardır.

Bütün bunlar onu göstərir ki, Çinə də sərfəli olan Ukrayna savaşı ABŞ və Avropa Birliyi üçün geostrateji hədəflərin reallaşdırılma məkanıdır. Qərbdə hesab edirlər ki, Ukrayna savaşı Rusiyadan gözlənilən hərbi təcavüz riskini minimuma endirənə qədər davam etməlidir. Buna paralel olaraq, NATO üzvü olan Avropa dövlətləri öz hərbi‑sənaye potensialını yüksəltmək, enerji və tədarük zəncirlərini təhlükəsizləşdirmək niyyətindədir.

Bu baxımdan, Ukrayna savaşı və Rusiya ətrafında yaranmış indiki situasiya bir neçə ssenari üzrə inkişaf edə bilər. Birinci ssenariyə görə, savaş uzandıqca, Rusiya daha da demilitarizasiyaya məruz qalacaq. Çin Rusiya üzərində asimmetrik geostrateji üstünlük qazanacaq. Və Avropa Birliyi ölkələri müdafiə sənayesini gücləndirərək, daha etibarlı təhlükəsizlik sistemi qurmağa imkan tapacaqlar.

Digər ssenariyə görə isə 2030-cu ilə qədər Rusiya nüvə silahından istifadə cəsarətindən məhrum, hətta öz sərhədlərinin toxunulmazlığını təmin etmək imkanları məhdudlaşmış nəhəng coğrafi areala çevriləcək. Rusiya geniş ərazili zəif dövlət kimi Qərbin və Çinin maraqları arasında çarəsiz qalacaq. Ən əsası isə bu, baş verərsə, Rusiya coğrafiyası, təbii resursları ABŞ və Qərblə Çin arasında "nifaq alması"na çevrilə bilər. Və bu halda, Rusiyanın təbii sərvətləri uğrunda qlobal güclərin qarşıdurması qaçılmaz xarakter alar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyul 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri