Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Putin dünən vəzifəyə qoydu, bu gün barəsində bunlar yazıldı

Putin dünən vəzifəyə qoydu, bu gün barəsində bunlar yazıldı

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Udmurtiyada rəhbərlik dəyişdi: yeni təyinat Patruşevlər klanı ilə əlaqələndirilir

Rusiyanın Udmurtiya Respublikasında rəhbərlik dəyişikliyi baş verib. Aleksandr Breçalovun istefasından sonra region rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi kənd təsərrüfatı nazirinin müşaviri Olqa Abramova təyin olunub. Rusiya prezidenti Vladimir Putin iyulun 29-da Kremldə Olqa Abramovanı qəbul edib və onun Udmurt Respublikasına müvəqqəti rəhbəri olması rəsmiləşib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Abramovanın rəhbər vəzifəyə gətirilməsi Rusiyanın siyasi və biznes dairələrində baş nazirin müavini, adı Putinin varisləri sırasında hallan Dmitri Patruşevin (Nikolay Patruşevin oğlu) təsir dairəsinin genişlənməsi kimi qiymətləndirilir. İddialara görə, bu təyinat resurs və sənaye potensialı baxımından əhəmiyyətli olan Udmurtiyanın Patruşevlər ailəsinə yaxın çevrələrin nəzarətinə keçməsi ilə nəticələnə bilər. Udmurtiya Rusiyanın müdafiə-sənaye kompleksi, neft hasilatı və aqrar sektoru ilə seçilən regionlarından biridir. Bu baxımdan, region rəhbərliyindəki dəyişiklik Volqaboyunda təsir dairələrinin yenidən bölüşdürülməsi ehtimallarını gündəmə gətirib.
Abramovanın əvvəlki fəaliyyəti də onun kənd təsərrüfatı sektoru ilə sıx əlaqələrini göstərir. O, müxtəlif illərdə «Udmurtiya» Aqrosənaye Şirkəti, «Zavyalovski» və «Aqrokompleks Babinski» kimi strukturlarda rəhbər vəzifələrdə çalışıb. Bundan başqa, Udmurtiyanın ən iri aqrar holdinqlərindən biri olan «KOMOS QROUP»da aqrar-sənaye kompleksinin kompleks inkişafı idarəsinin rəis müavini vəzifəsini tutub.


Abramovanın Udmurtiya hökumətində çalışdığı dövrdə iri aqrar qrupların maraqlarının lobbiləşdirilməsi ilə bağlı tənqidlərə məruz qaldığı bildirilir. İddialara əsasən, dövlət subsidiyalarının bölüşdürülməsi zamanı iri aqrar təsərrüfatların üstünlük əldə etdiyi, kiçik fermer təsərrüfatlarının isə dövlət dəstəyindən kənarda qaldığı barədə narazılıqlar olub. Abramovanın Rusiya Kənd Təsərrüfatı Nazirliyində müşavir kimi fəaliyyəti də diqqət çəkir. Mətbuatda onun aqrar sektorda dövlət dəstəyi mexanizmlərinin formalaşdırılmasında, subsidiyalara çıxış meyarlarının müəyyənləşdirilməsində və sahə üzrə müxtəlif məlumat bazalarının yaradılmasında iştirak etdiyi iddia olunur.
Abramovanın Udmurtiyanın hökumətində vitse-premyer kimi fəaliyyəti zamanı 2023-cü ildə baş vermiş quraqlıq nəticəsində fermerlərə kompensasiya ödənişləri ilə bağlı da narazılıqlar yaranıb. İddialara görə, regionda zərər çəkmiş əkin sahələrinin 19 faizi müxtəlif inzibati maneələr səbəbindən büdcə ödənişlərindən kənarda qalıb.
Məlumat üçün deyək ki, Olqa Abramova 23 noyabr 1981-ci ildə Udmurtiya Respublikasının Sarapul rayonunun Siqayevo kəndində anadan olub. Əmək fəaliyyətinə 2001-ci ildə «Sarapulsky Kombinat Xleboproduktov» müəssisəsində texnik kimi başlayıb. Daha sonra kommersiya sektorunda, o cümlədən «Udmurtiya» Aqrosənaye Şirkəti və «KOMOS QROUP»da çalışıb. 2018-ci ildə Udmurtiyanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə rəhbərlik edib. 2020-2024-cü illərdə region hökumətində vitse-premyer və hökumət sədrinin birinci müavini vəzifələrini tutub. 2024-cü ilin oktyabrında isə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyində Oksana Lutun müşaviri təyin olunub. İndi isə Abramova federal nazirlikdən Udmurtiyanın rəhbərliyinə qayıdıb. Onun təyinatının regionda siyasi və iqtisadi təsir qrupları arasında münasibətlərin yenidən qurulmasına necə təsir edəcəyi yaxın aylarda daha aydın görünə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see291

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see285

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see276

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see266

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see256

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see251

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see250

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see243

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see243

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see241

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see231

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see227

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see225

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see225

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see222

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see212

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see206

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see203

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri