Icma.az
close
up
RU
Putin Ərdoğana güzəştə getməli olacaq

Putin Ərdoğana güzəştə getməli olacaq

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya, İran və müəyyən Qərb güc mərkəzləri Suriyada Türkiyə ilə hesablaşmağa başlayıb. 

Türkiyə tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Hər iki lider Suriyada vəziyyət ətraflı müzakirə ediblər. Vladimir Putin radikal qruplar tərəfindən Suriya dövlətinə qarşı terror təcavüzünün tez bir zamanda dayandırılmasının və qanuni hakimiyyətin bütün ölkədə sabitliyin və konstitusiya nizamının bərpası istiqamətində səylərinə hərtərəfli dəstək verilməsinin, xüsusilə Ankaranın regionda mövcud imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. 

Bu baxımdan, liderlər həm ikitərəfli formatda, həm də Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Suriyada vəziyyətin normallaşması üçün Rusiya, Türkiyə və İran arasında gələcək sıx koordinasiyanın əsas əhəmiyyəti qeyd edilib. 

Maraqlıdır, Moskva və Ankara Suriya ilə bağlı hansı məsələlərdə bir-birinə güzəştə gedəcəklər? 

Moskva öz maraqları naminə Əsədi qurban verə bilər? 

İran Suriyadan tam kənarlaşdırılacaq? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Əsəd hakimiyyəti artıq Türkiyənin maraqlarını nəzərə almağa başlayıb:

“İstər Putinin Ərdoğanla telefon danışığı, istərsə də İran XİN rəhbəri Abbas Araqçının Türkiyəyə rəsmi səfəri ciddi bir təsir bağışlamır. 

Suriyada geosiyasi maraqları olan ayrı-ayrı güc mərkəzləri istəsələr də, istəməsələr də Türkiyə ilə indiki mərhələdə təmaslar qurmaq məcburiyyətindədirlər.

Hazırda Yaxın Şərqdə geosiyasi proseslərə birbaşa təsir göstərmək iqtidarında olan müəyyən güc mərkəzləri sırasında Türkiyə də yer alır. Bəşər Əsədin özü də Ərdoğanla təmaslar qurmaq niyyətindədir. 

Düzdür, Ankara uzun müddət ərzində Suriyada PKK\YPG-ni tam sıradan çıxarmaq üçün Əsəd rejiminə bu istiqamətdə ortaq fəaliyyət təklif edirdi. Amma Rusiya və İranın dəstəyinə arxalanan Əsəd hakimiyyəti Ankaranın təklifinə biganə yanaşırdı. Hazırda vəziyyət dəyişib. Əsəd rejimi tamamilə sıradan çıxarılma təhlükəsi ilə üzləşib. Buna görə də Türkiyə təmaslar qurmaq axtarışındadır. Bunun üçün Rusiya və İrana, hətta İraqa müraciət edib”. 

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə geosiyasi vəziyyət yenidən nizamlanmağa başlayıb: 

“Məsələ burasındadır ki, indiyə qədər Yaxın Şərqdə prosesləri öz maraqlarına uyğun nizamlayan müəyyən güc mərkəzləri Türkiyənin regionda geosiyasi və geostrateji maraqlarına, o cümlədən təhlükəsizlik maraqlarına biganə yanaşırdılar. Ancaq son zamanlar Ankara öz qətiyyətini və prinsipal mövqeyini nümayiş etdirəndən sonra bütün güc mərkəzləri Türkiyənin də bu regionda güc mərkəzə çevrildiyini anlamağa başladılar. Bütün bunların fonunda Türkiyə öz maraqlarını ön planda tutmağı bacarır. Türkiyə Suriyada əsas hədəflər güdür. 

PKK/YPG-nin birdəfəlik sıradan çıxarılması və qaçqın probleminin həll olunması Türkiyənin Suriya gündəmində xüsusi əhəmiyyət kəsb edir. Ankara heç bir vəchlə Yaxın Şərq məsələsində öz geosiyasi maraqlarını digər güc mərkəzlərinə güzəştə getmir”. 

Politoloq əlavə edib ki, Rusiya, İran, Türkiyə və Qərb güc mərkəzlərinin Suriyada maraqları toqquşur: 

“Suriya məsələsində tərəflər arasında heç bir güzəşt olmadan bu ölkədə vəziyyətin sabitləşməsi qeyri-mümkün olacaq. Ona görə də son zamanlar Suriya məsələsində səhnəarxası təmasların intensivləşməsinə şahidlik edirik”. 

R.Həsənov vurğulayıb ki, Rusiya və İran Suriyada Türkiyə ilə hesablaşmaq məcburiyyətində olacaqlar: 

“Bütün diqqətini Ukrayna ilə müharibəyə yönəldən Rusiya istəsə də, istəməsə də Suriyada Türkiyənin geosiyasi maraqlarını və geostrateji hədəflərini nəzərə almaq məcburiyyətində olacaq. Belə demək mümkündürsə, Moskvada hesab edirlər ki, Qərbdən fərqli olaraq Türkiyənin Suriyada möhkəmlənməsi Rusiyanın regionda maraqlarına daha az mənfi göstərəcək. İrana gəlincə, Əsəd rejimin çökməsi Tehranın bu ölkədə mövqelərinə ciddi zərbə vuracaq. 

İranın Suriya və Livanda proksi qüvvələri ya zəiflədilib, ya da Suriyada sıradan çıxarılıb. İranın Suriyadan tam kənarlaşdırılmaq ehtimalı kifayət qədər yüksək görünür”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri