“Putin Əsədə görə Rusiya kəşfiyyatından izahat tələb edir” “Onun qaçışını rus kəşfiyyatı təşkil edib” AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Suriyada Bəşər Əsəd rejiminə qarşı artan təhlükəni vaxtında görmədiyi üçün Rusiya kəşfiyyat xidmətindən izahat tələb edir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” Kremlə yaxın mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Kreml onun rejimini dəstəkləmək üçün heç nə edə bilməyəcəyi qənaətinə gələndən sonra Əsədin həyatını xilas etmək qərarına gəlib: “Çünki Kreml hələ də 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin vətəndaş müharibəsi zamanı öldürülməsinin videogörüntülərinin təsiri altındadır”.
Üç mənbə nəşrə bildirib ki, Rusiya Əsədi yerli üsyançılara qarşı mübarizədə uduzduğuna inandırıb və dərhal ayrılacağı təqdirdə ona və ailəsinə təhlükəsiz dəhliz təklif edib: “Əsədin qaçışını rus kəşfiyyatçıları təşkil edib. Onlar Əsədi Rusiya aviabazası vasitəsilə çıxarıblar. Müşahidədən yayınmaq üçün təyyarənin transponderi söndürülüb”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















