Icma.az
close
up
RU
RUSİYA ƏSƏDİ QURBAN VERİR “Moskvanın Əsədə ciddi dəstək vermək planı yoxdur” AzPolitika onlayn siyasiictimai qəzet

RUSİYA ƏSƏDİ QURBAN VERİR “Moskvanın Əsədə ciddi dəstək vermək planı yoxdur” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya öz hərbi dəniz qüvvələrini Suriyanın Tartus şəhərindəki bazasından təxliyə edir. Bu onu göstərə bilər ki, Moskvanın Suriya Prezidenti Bəşər Əsəd rejiminə ciddi hərbi dəstək vermək planları yoxdur. 

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Hesabatda deyilənə görə, OSINT analitiklərinin 30 noyabr və 1 dekabr tarixli peyk şəkilləri üzərində apardığı araşdırmalar göstərib ki, Rusiyanın Tartusdakı bazasında “Admiral Qolovko” və “Admiral Qriqoroviç” freqatları, “Novorossiysk” sualtı qayığı, həmçinin “Yelnya” və “Vyazma” gəmiləri yerləşir. Bununla belə, dekabrın 3-də peykdən çəkilmiş yeni görüntülər göstərib ki, Rusiya bazadakı üç freqat, bir sualtı qayıq və adı açıqlanmayan iki yardımçı gəmini (“Yelnya” və “Vyazma” olduğu güman edilir) Tartusdan çıxarıb. Yəni, bazadakı bütün gəmilərini.

ISW hesab edir ki, Rusiya bu gəmiləri Qara dənizdəki limanlarına yenidən yerləşdirə bilməz. Çünki Türkiyə Rusiya hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsini qadağan edən Montrö Konvensiyasına əməl edir. Bu faktı nəzərə alaraq, İnstitut Moskvanın gəmiləri Rusiya Federasiyasının şimal-qərbindəki və Kalininqrad vilayətindəki bazalarına yerləşdirəcəyini güman edir.

Ukrayna Hərbi Kəşfiyyatının Baş İdarəsi isə dekabrın 3-də bildirib ki, Rusiya hərbi komandanlığı Suriyaya müəyyən sayda özünün “Afrika Korpusu”nun döyüşçülərini yerləşdirib. Bu, Rusiya Müdafiə Nazirliyinin 2023-cü ilin avqustunda Yevgeni Priqojinin ölümündən sonra “Vaqner”-in Afrikadakı əməliyyatlarını əvəz etmək üçün yaratdığı təşkilatdır. “Afrika Korpusu” Rusiyanın Yaxın Şərq və Afrikada hərbi mövcudluğunu gücləndirmək layihəsidir. 2023-cü ilin noyabrında yaradılan bölmə Qərbin təsirinə qarşı durmalı və Afrika ölkələrindəki resurs bazasını sarsıtmalıdır.

ISW qeyd edib ki, Suriyada “Afrika Korpusu”nun elementlərinin yerləşdirilməsi ilə bağlı xəbərləri təsdiq edən məlumata malik deyil. Lakin bu xəbərlər doğrudursa belə, bu, Rusiya hərbi komandanlığının öz nizami ordu hissələrinin bir qismini Ukraynadakı cəbhədən çıxararaq, Suriyaya göndərmək niyyətində olmadığını göstərir: “Rus qoşunlarının Tartusdan təxliyəsi və Suriyaya “Afrika Korpusu” qüvvələrinin yerləşdirilməsi ilə bağlı xəbərlər göstərir ki, Rusiya Suriya müxalifət qüvvələrinin cənubdan Həmaya (Tartusdan təxminən 80 kilometr şimal-şərqdə) irəliləyərək Tartusdakı bazanı təhdid edə biləcəyi ehtimalından narahatdır. Bununla belə, Rusiya hərbi komandanlığı belə bir irəliləyişin qarşısını almaq üçün yaxın gələcəkdə Suriyada əhəmiyyətli əlavə qüvvələr yerləşdirməyəcək”.

C.Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri