Putin fürsətdən istifadə edib Kiyevi VURDU Xeyli sayda ölənlər var DƏHŞƏTLİ GÖRÜNTÜLƏR KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın diqqəti İsrail və İran arasındakı gərginliyə yönəlmişkən, bu gecə Rusiya ordusu Kiyevə kütləvi raket və pilotsuz uçuş aparatları zərbəsi endirib.
KONKRET.az xəbər verir ki, şəhər rəsmiləri bildirir ki, 40 nəfər yaralanıb, yaşayış binalarında dağıntılar var, həmçinin bir yataqxanaya zərbə dəyib və nəqliyyat infrastrukturu zədələnib.
Son məlumatlara görə, raket hücumları nəticəsində 14 nəfər həyatını itirib, 44 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hücum zamanı paytaxtda 27 ərazi zərər görüb.
Uçuş təhlükəsi xəbərdarlığı bir neçə saat davam edib. İlkin məlumatlara görə, zərbələrdə həm qanadlı raketlər, həm də “Shahed” kamikadze dronları istifadə olunub. Ukrayna hava hücumundan müdafiə qüvvələri bir neçə hədəfi vurduğunu açıqlayıb, lakin dağıntılardan qaçmaq mümkün olmayıb.
Bu hücumlar, Birləşmiş Ştatlar və digər ölkələrin diqqətini çəkən İsrail-İran münaqişəsinin gərginləşdiyi vaxtda baş verib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 İyun 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















